Accessibility links

Çin Obamanın Dalay Lama ilə görüşünə etiraz edir


Çin xəbərdarlıq edib ki, ABŞ prezidenti Barak Obamanın Dalay Lama ilə görüşü iki ölkə arasında qarşılıqlı etimada zərər gətirə bilər.

Çərşəbə gününə təyin olunan görüşün Dalay Lamanı təhlükəli separatçı kimi görən Çini qəzəbləndirməmək üçün bağlı qapılar arxasında keçirilməsi nəzərdə tutulub.

Barak Obama prezidentlik dövründə Dalay Lama ilə bir neçə dəfə görüşüb və onu “yaxşı dost” kimi münasibət bəslədiyini bildirib.

Lakin Çin bu görüşün tibetlilərə səhv mesaj göndərəcə biləcəyindən ehtiyat edir.

Dalay Lama və Çinin mərkəzi höküməti arasında dialoq 2010-cu ildə dayandırılıb.

Tibetlilər may ayında Lobsabq Sanqayı yenidən baş nazir vəzifəsinə seçiblər və ümid edirlər ki, Çinlə danışıqlar Tibetin suverenlik qazanmasına yol aça bilər.

XS
SM
MD
LG