ABŞ prezidenti Barak Obama Kubanın kommunist liderlərinin beş ildir həbsdə olan amerikalı Alan Qrossu azad etməsindən sonra Birləşmiş Ştatlar və Kuba arasında münasibətlərdə tarixi dönüşün başladığını elan edib.
Alan Qrossun azad edilməsilə yanaşı, ABŞ-da həbsdə olan üç kubalı da azadlığa buraxılıb.
Kuba prezidenti Raul Kastro eyni vaxtda xalqa müraciətində Kubanın ABŞ-ın xeyrinə casusluq etməkdə ittiham edilən Kuba əsilli daha bir amerikalının azad ediləcəyini bildirib.
Cənab Obama Kuba ilə münasibətlərin normallaşması haqda qərarını izah edərək, “təcrid siyasətinin işə yaramadığını və yeni yanaşma tərzinə ehtiyac olduğunu” deyib. Raul Kastro ilə şərşənbə axşamı danışan cənab Obama deyib ki, o, Kuba xalqını bu münasibətlər yolu daha da güclənəcəyinə inanır.
ABŞ Senatının nüfuzlu demokrat üzvlərindən biri olan senator Dik Durbun deyib ki, Alan Qrossun azad edilməsinə dair danışıqların son bir il davam etdirildiyi və Vatikanın danışıqlar prosesində fəal iştirak etdiyini bildirib.
Prezident Obama və Raul Kastro Roma Papası Fransisə danışıqlarda iştirak etdiyinə görə təşəkkürlərini bildirib.