Qırğızıstanın cənub Oş şəhərində polis reydi nəticəsində 4 yaraqlı öldürülüb. Qırğızıstanın Təhlükəsizlik Şurasının rəhbəri Marat İmankulovun bildirdiyinə görə, xüsusi təyinatlı qüvvələr onlardan üçünü atışma zamanı öldürüb.Dördüncü yaraqlı qumbara partlayışı zamanı həlak olub. Reuter xəbər agentliyinin məlumatında iki pols işçisinin yaralandığı bildirilir. Qırğızıstanın Təhlükəsizlik Şurasının rəhbəri Marat İmankulovun bildirdiyinə görə, Özbəkistanın İslam Hərəkatı qrupunun üzvü olduğu deyilən yaraqlıların həbsi məqsədi ilə keçirilən reyd artıq başa çatıb.