Accessibility links

Nəvaz Şərif xəstəxanaya yerləşdirilib


Pakistanın həbsdə olan sabiq baş naziri ürəyi ilə bağlı problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.

Kardioqrama edildikdən sonra ürəyində problem qeydə alındığına görə 69 yaşlı sabiq baş nazir Nəvaz Şərif bazar günü həbsxanadan İslamabadda xəstəxanaya aparılıb - deyə, Punjab vilayətinin rəsmisi Şaukat Caved bildirib.

Hazırda Nəvaz Şərifin vəziyyəti sabitdir.

O və onun qızı Məryəm iyulun 25 keçiriləcək seçkilərdən əvvəl iyulun 13-ü Londondan Pakistana qayıtdıqdan sonra dərhal həbs edilib.

Şərif korrupsiya ittihamları ilə əlaqədar 10 il müddətinə həbsə məhkum edilib.

Onun qızı və siyasi varisi isə 1990-cı illərdə Londonda lüks mənzil aldığına görə korrupsiyada ittiham edilərək yeddi il müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG