Dünyanın 35 ölkəsi Niderlandda Haaqada keçirilən beynəlxalq nüvə sammitində nüvə təhlükəsizliyinə dair beynəlxalq qaydaların ölkə qanunvericiliyinə daxil edilməsi haqda təşəbbüsə qoşulub.
Niderland, Birləşmiş Ştatlar və Cənubi Koreyanın dəstəyi ilə irəli sürülmüş təşəbbüsdə ona qoşulmuş ölkələrin təhlükəsizliyə dair prosedurlarını açıqlaması nəzərdə tutulur.
Britaniya, Fransa, Almaniya, israil, Yaponiya, Cənubi Koreya və Türkiyə təşəbbüsə qoşulmuş ölkələr arasındadır. Təhlilçilər daha çox ölkənin təşəbbüsə qoşulmalı olduğunu bildirir.
Kaliforniyada yerləşən Nüvə silahlarının yayılmamasına araşdırma mərkəzinin təhliçisi Mayls Pomper sammitdə iştirak edən digər ölkələr və xüsusilə də Rusiyanın də sənədə imza atmalı olduğunu bildirib.
Bazar ertəsi günü ABŞ prezidenti Barak Obama və Yaponiyanın Baş naziri Şinzo Abe Haaqa sammitində Yaponiyanın silah istehsalı üçün yararlı olan yüzlərlə kiloqram uran və plutonium maddəsini təhlükəli nüvə maddələrinin ixtisarı proqramı çərçivəsində Birləşmiş Ştatlara təhvil verməsinə dair razlığı elan edib.