Accessibility links

"Nümayişlər sağlam demokratiyanın əlamətidir"


Bir neçə həftədir üç Avropa İttifaqı ölkəsində, eləcə də Rusiya və Gürcüstanda hakimiyyət siyasətinə qarşı etiraz aksiyaları keçirilir. Hər dəfə onlar bir neçə yüz nəfərdən bir neçə yüz min nəfərə qədər toplaşırlar. Etirazçıları ədalət tələbi birləşdirir.

Fransada artıq neçə həftədir ki, yanacaq qiymətinin artması və ictimai ədalətsizlik səbəbilə "sarı jiletli"lərin etirazları səngimək bilmir.

Macarıstanda bir neçə gündür ki, yeni əmək məcəlləsinə qarşı etirazlar davam edir.

Belçikada etirazlara səbəb dekabrda BMT-in 196 ölkəsiin qəbul etdiyi yeni qlobal mühacirət planıdır.

Etirazlarının artması fenomeni haqqında alman jurnalist və siyasi şərhçi Boris Raytşuster Nastoyaşeye Vremyaya danışıb.

- Avropada baş verən həmin prosesləri, etiraz əhval-ruhiyyəsini necə təsvir edərdiniz?

- İnanıram ki, etiraz əhval-ruhiyyəsi və nümayişlər, əsasə, Rusiyada qadağan edilən sağlam demokratiyanın əlamətidir. Gördüyümüz kimi Rusiyada etirazlarda iştirak edənlərə qarşı işgəncə tətbiq olunurdu. Məhz bu pisdir. İnsanlar küçələrə çıxanda, onların maraqlarına diqqəti cəlb etməyə çalışanda, bunu şiddətsiz və sülh yolu ilə edirlərsə, bunun demokratiyanın çox yaxşı bir əlaməti olduğunu düşünürəm.

- Avropadakı etirazlarda işgəncə və ya güc tətbiq etməsi iddiaları yoxdurmu?

- Xeyr, mən eşitməmişəm. Hətta sizə deyim ki, mən təzəcə Parisdən qayıtmışam və mən etirazları görmədim, tamamilə sakit şəhərdir. Əfsuslar olsun ki, bir neçə nəfər güc tətbiq etmişdir. Əfsuslar olsun ki, güc tətbiq edən bir neçə nəfər var idi, bu pis olsa da. bütün etirazların fonunda arxa plana keçir. Avropa etirazlarını ümumiləşdirmək olmaz. Brüsseldə olanlar mühacir siyasətinə qarşıdır. Fransada isə bunlar daha çox solyönümlü etirazlardır. Lakin bu etirazları sağ və sola bölmək də o qədər də düzgün deyil. İnsanlar hm sağ, həm də solyönümlü dövlət elitası və siyasətçilərinə narazılıqlarını bildiriblər.

- Yaxın gəcəkdə daha hansı Avropa ölkəsində güclü etirazlar gözləmək olar?

- Fikrimcə, Fransada etirazlar daha da arta bilər. Almaniyada şiddətli etirazlar baxımından sakitlikdir. Ancaq bir neçə sakit, dinc nümayiş daha yaxşıdır, çünki təzyiqin, etirazın azalmasına kömək edir. İndi isə, əksinə, Çemnitzdə olduğu kimi, vəziyyət gərginləşə bilər və hər an belə bir etirazın olması mümkündür. Almaniyada hazırda Parisdə olanların, Çemnitzdə olduğu kimi təkrarlana biləcəyindən qorxuram. Bu olarsa, ifrat sağçılarla ifrat solçular arasında qarşıdurma olacaq və mən bunu həqiqətən görmək istəmirəm. Şübhəsiz ki, mən belə bir gərginlikdən narahatam, cəmiyyətdə çox güclü təbəqələşmə və aqressiya hiss olunur. Hətta daxili xidmətimizin qapalı hesabatında insanların əhvallarının daha da pisləşdiyi, qəzəbin və nifrətin artdığı yazılıb. Bu məni çox narahat edir. Almaniyada əvvəllər belə bir şey müşahidə olunmayıb.


XS
SM
MD
LG