Accessibility links

Nyu Yorkun “qanadlı” vağzalı


Nyu Yorkun “qanadlı” vağzalı
please wait

No media source currently available

0:00 0:02:58 0:00

2016-cı ildə Nyu Yorkun Dünya Ticarət Mərkəzi kompleksinin içində açılan “Oculus” qatar vağzalı müasir dövrün futuristik abidələrindən biridir. “Oculus” qanadlarını iki yana açıb uçmağa hazırlaşan ağappaq nəhəng quş formasında dizayn edilib. Abidənin bünövrəsi bu nəhəng quşun ağır qanadlarına tab gətirə bilən xüsusi metaldan hazırlanıb. Bu xüsusi metal dünyada sadəcə 4 şirkət tərəfindən istehsal olunur. Bu vağzalın inşasında istifadə olunan bahalı avadanlıqlar tikinti sahəsinə yük vaqonlarına doldurularaq dəmir yolu vasitəsi ilə gətizdirilib. Tikintisinə 4 milyon dollar xərclənən “Oculus” dünyann ən bahalı dəmir yolu vağzalıdır. Abidənin memarı ispaniyalı Santiaqo Kalatavra “Oculus”-un damındakı qanadların açılıb bağlanmasını istəyirdi. Amma xərclərin gözlədiyindən daha çox olmasına görə bu fikrindən yayınıb. Lakin buna baxmayaraq, binanın damındakı şüşə panellər tamamilə açıla bilir.

XS
SM
MD
LG