Accessibility links

Nyu-Yorkda yerləşən İtaliya 


Nyu-Yorkda yerləşən İtaliya
please wait

No media source currently available

0:00 0:03:15 0:00

Nyu-Yorkda yerləşən İtaliya

Əgər teleportasiya icad edilsə, yəqin ki, çox insan eyni gündə dünyanın bir neçə ölkəsini görmək istəyəcək. Nyu Yorkda bunu edə bilmək üçün teleportasiyaya ehtiyac yoxdur. Sehir və ya hilədən istifadə etmədən eyni gündə səhər Romada qəhvə içib, günorta Nyu Yorkda alış-veriş edə bilərsiniz. Nyu Yorkda yerləşən Kiçik İtaliya bir biletlə iki ölkəyə səyahət etmək fürsəti yaradır. Hətta Kiçik İtaliyadan bir az irəli gedib Çin məhəlləsinə çata bilərsiniz. Yəni Romada başlayıb, Nyu Yorkda davam edən günün sonunda Pekin ördəyinin dadına baxmaq şansınız da var.

“Little İtaly”, yəni Kiçik Italiya məhəlləsi Manhettenin Kanal və Huston küçələri arasında yerləşir. 1880-ci illərdə Neapoldan Siciliyaya İtaliyanın hər yerindən imiqrantların Nyu Yorka böyük köçü baş tutub. Ailə dəyərləri güclü olan italyanlar qohumları ilə birlikdə bir-birinə yaxın evlərdə yaşamağa başlayıb. Vaxtilə bu məhəllədəki tək komunikasiya dili italyan dili idi. Amerika həyatına ilk addımını Kiçik italya məhəlləsində atan italyanlar yavaş-yavaş iş yerləri açmağa başlayıb. Zamanla bu məhəllə autentik italyan restoranlarından gələn pendir və şərab qoxusuna bürünüb.

Bu gün İtalyan mətbəxinə və mədəniyyətinə olan marağın artmasıyla bu məhəllə daha çox özünə turistləri cəlb edən məkana çevrilib. Kiçik İtaliya Avropanın romantik ab-havasını və italyan mətbəxinin ənənəvi dadlarını qoruyub saxlamağa çalışır. Burada İtaliyanın ən cənubundan ən şimalına qədər hər bölgəsinin mətbəxinə rast gəlmək olar. Bir günün içində Puliya, Napoli, Roma, Parma, Milan mətbəxlərinə səyahət etmək olur.

Dadlı spagettilərin, məşhur Siciliya dessertlərinin, Roma dondurmasının dadına baxmaq istəyənlər bu məhəlləyə gəlir. Bu məhəllədə yerləşən dükanların çoxu nəsildən nəsilə keçən ailə biznesidir. Bəzi dükanlar 100 ildən artıqdır ki, fəaliyyət göstərir. Nyu Yorkda yaşayan italyanlar gündəlik bazarlıqları üçün bu məhəlləyə gəlir. Zeytun yağından bala, burada satılan ərzaqlar İtalyadan gətizdirilir.

“Little İtaly” Nyu Yorkun çox sürətli atmosferindən uzaqlaşıb, İtaliyanın sakit kəndlərinə səyahət etmək üçün ideal məkandır.

XS
SM
MD
LG