Accessibility links

Nyu Yorkda türkiyəli tatu rəssamının sərgisi keçirilir


Nyu Yorkda türkiyəli tatu rəssamının sərgisi keçirilir
please wait

No media source currently available

0:00 0:03:44 0:00

Rəssamlıqla pul qazanmaq hər zaman çətin olub. Rəsm əsərlərini satmaqla sərvət sahibi olmaq yalnız şans məsələsidir. Məsələn, Van Qoq kimi böyük istedad sahibi öləndən sonra məşhurlaşıb. Yeni dövrdə isə rəssamları iqtisadi böhrandan çıxaran yeni bir metod var: Tatu sənəti.

İncəsənət universitetinin diplomlu məzunları əllərinə palitra və fırça almaq əvəzinə qara mürəkkəb və itiuclu iynə alır, rəssam xəyallarındakı obrazları da kətana ya kağıza köçürmək əvəzinə insan bədəninə həkk edirlər. Yəqin ki, bunun da bir romantikası var. Hər sənət əsərinin canlı bir daşıyıcı olur. Rəssam təxəyyülünün məhsulu konkret insan xarakterinin bir rəmzinə çevrilir.

Tatu sənətinin tarixi e.ə 3-4-cü əsrlərə gedib çıxır. Müasir dövrdə tatu sənəti tərz olaraq 3 qrupa ayrılır, xüsusi bir məna daşımayan dekoratif tatu, anlamı olan simvolik tatu və kiminsə şəkli həkk olunmuş piktoqrafik tatu. Hal-hazırda tatu dünyanın bir çox yerində gənclərin özünü ifadə etmə yollarından biridir. Xüsusilə Qərb ölkələrində tatu sənəti heç vaxt bu günkü qədər populyar olmayıb.

Nyu-Yorkun məşhur tatu ustalarından biri türkiyəli Emrah Özhandır. Sosyal medyanın köməyi ilə Türkiyədə məşhurlaşan Emrah amerikalıların da diqqətini çəkib. Nyu Yorkda yerləşən “Gristle” tatu studiası Emrah kimi bir çox xarici tatu ustalarını xüsusi artist vizası ilə Nyu Yorka dəvət edib. Emrah artıq iki ildir ki, nyu yorkluların bədənində rəsm əsərləri yaratmaqla məşğuldur.

Rəssamlıqdan tatu sənətinə keçid edən sənətçilər, məşhurlaşdlıqdan sonra geriyə addım ataraq rəssamlığa qayıdırlar. Yəni, Emrah və tatu studiyasında işləyən dostları rəssamların yaşadığı *iqtisadi böhran* dövrünü geridə qoyduqdan sonra, yenidən yaradıcı ruhun səsini dinləyərək “incə sənətə” geri dönürlər.

Emrah: ” Tatu studiyasında işləyən dostlarım da mənim kimi, ali təhsilli rəssamlardır. Hər birimiz özümüzü bu sənətdə də sübut etməyə çalışırıq. Təqdim etdiyimiz sərginin arxasında dayanan ideya da elə budur.”

Sərgi tatu ustalari ilə "Housing Works" xeyriyyə cəmiyyətinin birgə səyi nəticəsində baş tutub. Satılan əsərlərdən qazanılan pul ehtiyacı olan insanlara veriləcək. Emrahın sözlərinə görə, insanların bu sərgiyə göstərdiyi maraq və diqqət tatu sənətçilərini tez-tez rəssamlıq sərgiləri keçirməyə həvəsləndirir. Onların növbətii sərgisi aprel ayında baş tutacaq.

XS
SM
MD
LG