Bu həftənin əvvəlində Nyu Yorkdan yığışdırılmış anti-kapitalist nümayişçilər müqavimət göstərəcəklərini deyirlər. Onlar Occupy Wall Street hərəkatının iki aylıq ildönümünü nümayişlərlə qeyd edirlər.
Nümayişçilər Nyu York Səhm Birjası qarşısında yürüş keçirməklə şəhərin maliyyə rayonunu büsbütün bağlayacaqlarını vəd edirlər. Daha sonra onlar metrolarda və əsas körpülərdə toplaşacaqlar.
Nyu York merinin müavini Hovard Vulfson müxbirlərə bildirib ki, şəhər on minlərlə izdihama hazırlaşır.
Bu nümayişə hərəkatın gücününü sınağı kimi baxılır. Çərşənbə axşamı polis Aşağı Manhattanda məskən salmış nümayişçiləri həmin ərazidən qovmuşdu.