Accessibility links

Məsciddə Pasxa [Video]


Məsciddə Pasxa
please wait
Embed

No media source currently available

0:00 0:02:34 0:00

Matın 30-da, günəş qüruba gedən vaxt dünya boyu bütün yəhudilər Pasxa bayramını qeyd edir. Bu ənənə qədim Misirdə yəhudilərin köləlikdən azad edilməsindən bəri davam edir.

Bayrama bir-iki gün qalmış Nyu-York şəhərində yerləşən bir təşkilat unikal bir tədbir keçirir – Pasxa. Mərasimdə yəhudilərlə birlikdə müsəlmanlar da iştirak edir və ən əsası da odur ki, bu mərasim məsciddə keçirilir.

Pasxa bayramına həsr edilən mahnılar və xeyir-dualar adətən ailə masaları arxasında eşidilir. Lakin bu bayramı qeyd etmək üçün Manhattandakı məsciddə yəhudilərlə müsəlmanlar bir masada oturur. Bu mərasimi Brooklinin “Müsəlman-Yəhudi Həmrəyliyi Komitəsi” “Mid-Manhattan İslam Cəmiyyəti”nın dəstəyi ilə təşkil edib.

İki dinin Pasxanı birlikdə qeyd etməsinin uzun tarixi var. İmam Əhməd Dəvidar: “Məhəmməd peyğəmbər Mədinəyə gedəndə yəhudi icmasından nə üçün oruc tutduqlarını soruşub. O, həmin günün Məhərrəmin Aşura günü olduğunu və keçmiş xristian təqvimi ilə Pasxa günü də olduğunu deyib. Beləliklə, biz də bu bayramı öz bildiyimiz kimi qeyd etməliyik.”

Ravin Loren Qrabill Herman: “Qurani-Kərim də, Tövrət də müqəddəsdir. Biz onlardan öyrənir, adət-ənənəmizi onların göstərdiyi yolla davam etdiririk. Qurani-Kərimin qanunlarından istifadə edildiyi kimi, biz də öz Tövrətimizin qanunlarından istifadə edirik. Bizimin adət-ənənələrimizin çoxu oxşardır.”

“Həmrəylik Komitəsi” təfərindən təşkil edilən “Məsciddə Pasxa” üçüncü ildir keçirilir. İştirakçılar “Haqqadah”dan ənənəvi hekayələr oxuduqdan sonra bayram üçün südlə hazırlanmış yeməklər yeyir. Onlar Tövrət və Qurani-Kərimdən Yəhudi və İslam arasındakı qardaşlıq əlaqələrindən danışır.

“Müsəlman-Yəhudi Həmrəyliyi Komitəsi”ndən Mişel Koç: “Bu mərasimi təşkil etməkdə məqsəd kiminsə dinini dəyişdirmək deyil, insanların öz evlərində nə etdiklərini öyrənmək deyil, məqsəd insanları bir araya gətirmək, onların bir-biri ilə bölüşməsidir.”

“Türkiyədə məsciddə Pasxa bayramı keçirmək, bunu heç təsəvvür belə etmək olmaz, Bu mümkün deyil. Bu yalnız Birləşmiş Ştatlarda mümkündür.” deyə, türkiyəli mühacir Rezan Altınkaynak bildirir.

“Müsəlman-Yəhudi Həmrəylik Komitəsi” kimi dinlərarası təşkilatların məsciddə Pasxanı qeyd etməsi hər iki dindən olan insanlar arasında anlaşma yaratmaq üçün bir fürsətdir. Komitə Nyu-Yorkdakı sinaqoqlarda da müsəlnaların eyd və iftar bayramını qeyd edir.

XS
SM
MD
LG