Accessibility links

Nyu-York küçə satıcıları [Video]


Nyu-York küçə satıcıları
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Nyu-York şəhərində 20 minə yaxın küçə satıcısı var. Qara bazarın fəaliyyət göstərməsi adi haldır, çünki təlabata cavab vermək üçün mövcud olan lisenziyaların sayı cüzidir. Küçə satışlarını dəstəkləyən və dəstəkləməyənlər sistemin işləməsində problemlər olduğu fikri ilə razılaşır.

Məhəmməd Barqaş və onun həyat yoldaşı Hoda Manhattanda küçədə yemək satışı ilə məşğul olurlar. Əslən misirli olan amerikalı cütlük 17 ildir Wall Street-də insanları yeməklə təmin edir. Onun lisenziyası olsa belə, küçədə satış etmək üçün gəlirindən faiz ödəyərək icazə almalıdır.

Məhəmməd Barqaş: “İcazə üçün müraciət edənlərin sayı çoxdur. Lisenziyası olanlar üçün kifayət qədər icazə yoxdur. Misal üçün, 10 min insanın lisenziyası varsa, 10 min icazə yoxdur. 4-5 min icazə var.”

Son 34 il ərzində küçədə satış üçün icazələrin sayında heç bir dəyişiklik olmayıb. Lakin immiqrantların sayı çoxalıb və bu da özündə qara bazarda minlərlə dollar başa gələn icazələrin kirayəsi və satışını meydana çıxarıb. Bələdiyyənin bundan xəbəri var.

Sin Basinski: “Təxminən 15 ildir icazə üçün növbədə duran var. Nəticədə qara bazar yaranır. Beləliklə, bələdiyyənin iki il üçün 200 dollara verdiyi icazə 20 və ya 25 min dollara başa gəlir.”

Ənənəvi bizneslərin küçə satıcılarından xoşları gəlmir. Saxta mallar və yeməklər restorandakı keyfiyyətdən aşağı olduğu üçün ucuzdur və gəlirdə itki olur.

Dan Pesark: “Küçədə fəaliyyət göstərən kiosk sahiblərindən başqa da lisenziyası olanlar var. Onlar əmək qüvvəsidir. Lisenziyası olanların isə harada yaşadığını kim bilir? Mən bilmirəm.”

Etiraz edənlərdən soruşsan, onlar sənə küçə satıcılarına qarşı anti-miqrant münasibət olduğunu deyərlər. Lakin satıcıları dəstəkləyən bir şəhər şurası üzvü deyir ki, nyu-yorkluların hamısı miqrantlardan ibarətdir.

Ydanis Rodriquez: “Nyu-Yorkda elə adam yoxdur ki, immiqrant olmasın. Hətta əgər cənubdan köçən kiminsə ulu babası yəhudi, irlandiyalı, italyan, şimallı olubsa, yeni gələn miqrantlar Latın Amerika, keçmiş Sovet İttifaqı və ya Afrikadandır. Bu şəhərdə hamımız immiqrantıq.”

Bununla belə şəhərdə iş axtaran adam qıtlığı yoxdur. Çoxları ilk işinə Nyu-Yorkda yemək və ya xırda mallar satmağı öyrənməklə başlayır.

XS
SM
MD
LG