Nyu-Yorkun Kolumbiya Universiteti müharibə, zorakılıq, aclıq və təbii fəlakətlər səbəbi ilə vətənlərindən didərgin düşmüş tələbələrə yardım məqsədilə təqaüdlər verir. Amerikanın Səsinin müxbiri Keyt Kaçinski qaçqın bir qadının Amerikanın ən məşhur universitetlərindən birinə gedən yolundan danışır.
"Biz kiçik olanda atam həmişə Amerikanın azad bir ölkə olduğunu deyərdi və bu, ABŞ-a gələnə qədər və xüsusən qaçmağa başlayana qədər mənim üçün sadəcə bir ifadə idi" - deyə, Şəbnəm Fəyyaz bildirir.
Bu idman növündə onun yüksəlişləri də olub. Əfqanıstandan olan 24 yaşlı Şəbnəm Fəyyaz ömrü boyu bir yerdən başqa yerə getməli olub.
Hələ körpə ikən ailəsi Taliban hakimiyyətinin təqibləri üzündən Pakistana köçüb və orada qaçqın olaraq yaşayıb. "Bunu təsəvvür etmək çətindir, çünki harada olacağınızı və sizinnlə nə baş verəcəyini bilmirsiniz."
Şəbnəmin ailəsi təxminən on il sonra, Amerika ordusu Talibanı hakimiyyətdən devirdikdən sonra Əfqanıstana qayıdıb. Lakin Taliban əksər vilayətlərdə bu gün də fəaliyyət göstərir və sabitlik və azadlıq xüsusilə də qadınlar üçün təhlükə altında qalmaqdadır. "Bu qədər potensiala malik olan əfqan qadınlarının nə isə etməyə imkanı yoxdur."
2016-cı ildə o, İndiana ştatında Earlham kollecinə daxil olub. Hətta orada o, yüngül atletika komandasına qatılıb. Lakin onun zirvəyə yolu yeni başlayırdı.
2019-cu ilin dekabr ayında Nyu-Yorkdakı Kolumbiya Universiteti qaçqınlar üçün tam təqaüdlü yeni bir proqram təqdim etdi. Bu proqrama 1200 nəfər müraciət etsə də, Şəbnəm də daxil olmaqla, cəmi 18 nəfər seçildi. Kolumbiya Universiteti sentyabr ayında dərslərə başladı.
Hər təqaüd ildə təxminən 100 min dollardır. Kolumbiya Universiteti daha çox təqaüd verilməsi və təqaüd proqramını digər kollec və universitetləri də əhatə etməsi üçün konsorsum yaratmağı planlaşdırır.
Kolumbiya Universitetinin rəsmiləri tələbələrin bu nadir fürsəti ələ keçirməyə çalışdıqlarını deyir. Kolumbiya Universitetinin Qlobal İnkişaf Proqramının vitse-prezidentiSəfvan Məsri: “Mən həqiqətən də domino və dalğala effektinin olacağını və bunun başqalarının həyatına necə təsir edəcəyi və cəmiyyətlərinə necə töhfə verə biləcəklərini səbirsizliklə gözləyirəm."
Şəbnəm Fəyyaz: "Aldığım təqaüd və Kolumbiayada aldığım insah haqları üzrə magistr proqramı sayəsində xəyalımda olanları həyata keçirə biləcəyəm."
Şəbnəm hüquqşünaslıq dərəcəsi də ala bilər. O, Kolumbiya Universitetində öyrəndiklərindən gələcəkdə mühacirlərə və qaçqınlara yardım etmək üçün istifadə edə biləcəyinə ümid edir. Şəbnəm 2019-cu ildə ABŞ-dan sığınacaq istəyib və onun işinə baxılması davam edir.