Accessibility links

Nyu York həkimləri - Bir il sonra


Nyu York həkimləri - Bir il sonra
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Nyu York həkimləri - Bir il sonra

Pandemiya başlayanda Amerikanın Səsinin müxbiri Nina Vişnyova COVID-19-la mübarizə təcrübələrindən danışmaq üçün Nyu York şəhərində həkimlər və tibb bacıları ilə görüşmüşdü. Bir il sonra onlardan bəziləri ilə yenidən görüşüb.

Emi Plasensiya ilə 2020-ci ilin baharında tanış olmuşduq. Sonra o, həkim olaraq Nyu Yorkun COVID xəstəxanasına çevrilən xəstəxanalarından birində işləyib.

"Gündə neçə xəstəyə baxırdınız?" sualına Emi "Dəqiq sayını bilmirəm, amma yüzlərlə olduğunu deyə bilərəm"- deyə, cavab verir.

Mart ayı axşam saat 19 radələri idi. Doktor Plasensiya reanimasiya şöbəsində bir xəstəyə baxırdı və o, həmin vaxt ilk dəfə tibb işçiləri üçün alqışları eşitdi. O vaxtdan bəri hər axşam tibb işçiləri xəstəxanada həyatlarını xilas etdiyi hər insan üçün alqışlanırdı. Bu, pandemiya dövründə sanki yeni bir musiqi növü idi. “Bir il əvvəl bu virusu necə müalicə edəcəyimizi bilmirdik. Ən yaxşı yanaşmanın nə olduğunu, xəstələrimizə yardım üçün daha yaxşı yollar axtarır və etdiklərimizin düzgün olub-olmadığını bilmirdik. Və xüsusən burada Nyu York və Brooklində xəstələrin sayı astronomik idi.”

“Mənim adım Kelvin Sandır. Mən Nyu York şəhərində təcili yardım həkimiyəm” deyir, doktor San.

2020-ci ilin martın 8-də doktor San Anqoladan ABŞ-a qayıdıb. Bundan sonra onun bitməyən növbələri başlayıb. "Mart və aprel aylarında xəstəxanada gündə neçə saat işləyirdiniz?" sualına o, belə cavab verir "Çox. Sayını itirmişəm.”

Doktor Robert Qor COVID-19-u həyat yoldaşına və uşaqlarına yoluxdurmaqdan qorxduğu üçün təxminən üç ay ailəsindən uzaqda yaşayıb. "Bilirsiniz, doktor (Martin Luther) King deyib ki, 'insanın ən böyük dəyəri onun rahatlıq dövründə olduğu vaxt deyil, çətinlik və mübahisəli anlarda mövqeyi ilə ölçülür. Bu, sınaqlar və ziddiyyətlərin olduğu bir vaxtdır.”

Bu gün, pandemiyanın ölkəni təsirinə məruz qoymasından bir il sonra həkimlər, səhiyyə üzrə mütəxəssislər və siyasətçilər nəyin düzgün edildiyini, daha çox insanın həyatını xilas etmək üçün daha yaxşı nə edilə biləcəyini qiymətləndirir.

“Bundan öyrəniləcək çox şey var. Fikrimcə, bundan sonra bir qiymətləndirmə olacaq və buna görə də hamı geriyə nəzər salır.” - deyə, doktor San bildirir.

ABŞ-da indiyə qədər COVID-dən təxminən 550 min insan ölüb.

Gələcək illər ərzində Nyu yorklular virusla mübarizə apara bilməyərək, dünyasını dəyişənləri və onları xilas etmək üçün hər gün həyatlarını riskə atan minlərlə insanı xatırlayacaq.

XS
SM
MD
LG