Nyu-Yorka yeni mer seçilməklə, şəhər 20 ildən sonra ilk dəfə demokratların nəzarəti altına keçir.
Bill de Blasio seçkilərdə respublikaçı rəqibi Co Lhotaya böyük səs çoxluğu ilə qələbə çalıb.
O, seçicilərinin könlünə populist gündəliyi və müxtəlif irqli ailəsi ilə yol tapıb.
Bill de Blasio afrika mənşəli həyat yoldaşı, qızı və oğlunun onun administrasiyasında mühüm rol oynayacağını bildirib.
Bəzi təhlilçilər onun ailəsi ilə birgə çəkdirdiyi televiziya reklamının insanları ruhlandırdığını düşünür.
Nyu-Yorkun daxili nəzarət idarəsinin rəhbəri olan liberal De Blasio yoxsullarla zənginlər arasındakı fərqin və “dayandır və yoxla” adı ilə tanınan polis səlahiyyətinin aradan qaldırılacağına vəd verib.
Nyu-Yorkun hazırkı polis axtarışı siyasəti bir çoxlarını narahat edir.
Tənqidçilər bu proqramı qaradərililər və digər azlıqların hüquqlarının pozulması kimi qiymətləndirir.
Nyu-York vəzifəsindən getməkdə olan meri Maykl Blumberq bunu cinayətkarlıqla effektiv mübarizə aləti adlandırıb. Nyu-Yorkun yeni merinin inaqurasiya mərasimi yanvar ayının 1-də təşkil ediləcək.