Accessibility links

Nyu York sakinləri miqrant sığınacağının bağlanmasını tələb edir


Nyu York sakinləri miqrant sığınacağının bağlanmasını tələb edir
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Nyu York sakinləri miqrant sığınacağının bağlanmasını tələb edir

ABŞ-dan sığınacaq üçün müraciət edən təxminən 60 min insan Nyu York şəhərinin himayəsindədir. Bəzilərinin küçələrdə yatmaqdan başqa çarəsi yoxdur. Bəzi sakinlər isə bunu istəmir.

Vətənpərvər çağırışlar, nəğmələr və işarələr - Nyu York şəhərəinin Staten Aylend bölgəsində vəziyyət belədir.

Staten Island sakinləri cəmi bir neçə il əvvəl açılmış miqrant sığınacağının bağlanmasını tələb edir. Staten Island sakini Janin Terranova: "Onlar qanuni yolla gəlsələr, xoş qarşılanır, qeyri-qanuni olduqları təqdirdə xoş qarşılanmır. Bu insanlar yoxlanılmayıb. Orada kimin olduğunu bilmirik".

Lakin bu sığınacaqdakı hər kəs qanuni olaraq buradadır. Onlar İmmiqrasiya və Gömrük Mühafizi tərəfindən yoxlanıb, foto-şəkilləri çəkilib, barmaq izləri götürülüb və sığınacaq istəyən şəxslərin siyahısına daxil edilib.

Nyu-York böyük miqrant axını ilə mübarizə apardığı bir vaxt, şəhərin hər yerində köhnə idman zalları və anqarlar miqrantların sığınacaqlarına çevrilir.

Miqrantlar Manhettenin mərkəzində səkidə yatır. Çünki sığınacağa çevrilən Ruzvelt mehmanxanası Meksika sərhədinə gələn və ya Texas qubernatoru Qreq Abbot tərəfindən göndərilən hər kəsi yerləşdirməyə çalışır.

Etiraz aksiyalarından biri federal hökumətin böhranın həllinə yardım etməli olduğunu deyən Nyu York meri Erik Adamsın evinin qarşısında keçirilib. O, həmçinin miqrantların tez iş icazəsi almasını tələb edir. Nyu York şəhərinin meri Erik Adams: "Mən bunu şəxsən özüm söhbət etdiyim sığınacaq axtaranlardan eşitmişəm. Onlar işləmək istəyir. İnsanların işləməsinə icazə verməməkdən daha anti-amerikalı bir şey yoxdur".

Etirazçılar deyirlər ki, onlar miqrantların sığınacağa çevrilmiş məktəbdən köçürülməsini tələb etməyə davam edəcək. Nyu York şəhərə gələn miqrantları yerləşdirmək üçün mübarizəni davam etdirsə də, indiyədək şəhər hökuməti tərəfindən heç bir rəsmi qərar verilməyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG