3 həftə əvvəl Nyu-York ştatında həbsxanadan qacan məhbusun axtarışı sıx meşələrdə davam etdirilir.
Məhbusun axtarışına yüzlərlə ağır silahlanmış polis işçisi cəlb edilib.
Rəsmilər qətldə ittiham edilən Devid Svitin gizlənməsinin çətin olacağını deyib. Onunla birlikdə həbsxanadan qaçan digər bir məhbus Riçard Matt polisin atəşi nəticəsində öldürülüb.
Klinton mahalının polis idarəsinin rəisi ətraf bölgədə axtarışların davam etdirildiyini deyib.
Nyu-York qubernatoru Adryu Kuamo onun insanların atəş səsi eşitdiklərindən sonra polis tərəfindən öldürüldüyünü bildirib.
Kanada ilə sərhəd bölgəyə 1000-dən artıq polis və federal agent yerləşdirilib.
Məhbuslar həbsdən hamburger qutularında qaçmağa nail olub. Onların qaçmasına yardım edən iki həbsxana işçisi nəzarət altına alınıb.
49 yaşlı Matt 1997-ci ildə sabiq müdirini oğurlayaraq, tikə-tikə doğradığına görə, ömürlük həbs cəzasının 25 ilini azadlıqdan məhrum edilib.
35 yaşlı Svit isə 2002-ci ildə polis idarəsinin rəis müavinini qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edilib.
Nyu-York ştatı axtarışda olan məhbus barədə məlumat verənə 100 min dollar məbləğində mükafat vəd edib.