Accessibility links

Nyu-Yorkda yaşayanlar üçün şəxsiyyət vəsiqələri [Video]


Nyu-York şəhərində şəxsiyyət vəsiqələrinin təsisi nəzərdə tutulur
please wait

No media source currently available

0:00 0:03:19 0:00

Nyu-York şəhərində şəxsiyyət vəsiqələrinin təsisi nəzərdə tutulur

Ciddi islahatlar aparılması tələbini davam etdirən mühacir hüquqları müdafiəçiləri vizasız mühacirlər də daxil edilməklə, mühacirlərin vətəndaşlıq prosesinin yüngülləşdirilməsini istəyir. Mühacirlərin sıx yaşadığı Nyu-York şəhərində şəxsiyyət vəsiqələrinin təsisi nəzərdə tutulur ki, bu da sənədsiz mühacirlərin şəhərə axınını artırıb.

Nyu-Yorkda bu yaxınlarda mühacir hüquqları müdafiəçiləri “Milli Hərəkət Günü” başlıqlı yürüş təşkil edib.

Nyu-Yorkun Mühacirət Komissiyasının üzvü Nişa Aqarval mer Bill de Balsionu təmsilçisidir. O, mühacirət islahatlarının siyasətlərinin əsasını təşkil etdiyini deyir. “Biz buraya Nyu-Yorkun immiqrasiya bərabərliyi siyətinə dəstək vermək üçün toplaşmışıq. Ümid edirik ki, bu siyasətə bütün ölkə qatılacaq.”

Şəhər Şurasının mühaciərət məsələri üzrə komitəsinin sədri Karlos Mençaka hər bir nyu-yorklunun şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinə dair qanun layihəsinin sponsorudur. “Bu qanun layihəsi insanları qaranlıqdan çıxarmaq, onlara şəxsiyyət bəxş etmək üçündür. Statusundan asılı olmayaraq qanun hər bir nyu-yorkluya şamil ediləcək. Əgər kimliyinizi təsdiq etmək istəyirsinizsə, şəxsiyyət vəsiqəsini alacaqsınız.”

Bakari Tsandiya kimi fəallar qanunun Afrika diaspuruna ya yardımı olacağını deyir. “Sənədiniz yoxdursa, bir çox yerlərə yolunuz bağlıdır. Bank hesabı belə açdıra bilmirsiniz. Ən adi həyatı yaşaya bilmirsiniz.”

Yeni qanunun tərəfdarları mühacirlərin şəxsiyyət vəsiqələri ilə təmin edilməsinin iqtisadi imtiyaza malik olduğunu deyir. Vərəqəsiz taksi sürücüləri sürücülük vəsiqələrini yeniləyə bilmir.

Vəsiqəsizlik insanları uşaqlarını məktəbə yazdırmaq hüququndan məhrum edir. Mühacir hüquqları müdafiəçiləri Amerikada doğulmayan uşaqların problemlərlə üzləşdiyini deyir.

Bronks icmasının rəhbri Abrourazakou Bova yuxarı sinif şagirdlərini şəxsiyyət vəsiqələrinin yoxlandığı tədbirinə gətirib. “Bu gənclər burada doğulduqları üçün problemləri yoxdur. Lakin sənədsiz uşaqlar içəri buraxılmır.”

Yürüş iştirakçılarının heç də hamısı yeni qanunun tərəfdarı deyil. Nyu-Yorkun mühacirətə nəzarət idarəsinin əməkdaşı Peter Katalenas qeyri-qanuni mühacirlərin yaşından asılı olmayaraq əleyhinə olduğunu deyir. “Ölkəmizə qanunsuz daxil olanlar burada olmamalıdır. Sanki kimsə sənin evinə girib, icazəsiz yaşayır. Əminəm ki, çox adam bunu istəmir.”

Təhlilçilər yeni şəxsiyyət vəsiqələrinin, islahatların qəbul ediləcəyinə və qanunun mer tərəfindən imazalanacağına inandıqlarını desələr də, federal mühacirət qanunları aylardan Konqresdə dalana dirənib. Noyabr seçkilərinədək məsələnin qaldırılacağına olan ümidlər böyük deyil.
XS
SM
MD
LG