Qazaxıstanın uzunmüddətli prezidenti Nursultan Nazarbayev parlamentin onun prezidentlik müddətinin referendum yolu ilə uzadılması təklifini rədd edib. Nazarbayevin fərmanında deyilir ki, bu təşəbbüs onun 2020-ci ilədək hakimiyyətdə qalması deməkdir. ABŞ-ın Almatıdakı səfirliyi təklifi kəskin tənqid edərək, bunun Qazaxıstanı demokratiyadan yayındıra biləcəyini deyib. Nazarbayev sabiq Sovet respublikasına artıq 20 ildir ki, rəhbərlik edir. Qazaxıstan prezidenti iqtisadi inkişaflara görə təqdir, demokratik duruma görə tənqid edilir.