Interpol təşkilatı sabiq Liviya lideri Müəmmar Qəzzafinin oğlu Səədinin ələ keçirilməsinə yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib. Beynəlxalq Polis Agentliyinin bugünkü qərarı Liviyanın müvəqqəti hökumətinin Səədi Qəzzafinin həbs edilməsi barədə xahişindən sonra açıqlanıb. İnterpol Səədi Qəzzafinin dövlət əmlakının mənimsəmək və Liviya Futbol Federasiyasının başçısı vəzifəsinidə olarkən silahlı hücumlar təşkil etməkdə ittiham edildiyini deyir.
Agentlik son dəfə Səədi Qəzzafinin qonşu Nigerdə görüldüyünü bildirir və Niger dövləti ilə əlaqəsi olan region dövlətləri onun həbsinə yardım etməyə çağırır.