İnternetdə təhsil nəinki universitet, hətta orta məktəb səviyyəsində belə inkişaf etməkdədir. Ucqar bölgələrdə yaşayan insanlar internet vasitəsi ilə təhsil almaqdan yararlanan zaman virtual siniflər hətta Vaşınqton DC kimi şəhərədə belə tələbələrin diqqətini cəlb edir.
Luvel Vals evlərinin zirzəmisində riyaziyyat dərsləri alır. Onun 40 kilometr məsafədə yaşayan müəllimi əslində onun kompyuterindədir. Lovell beş yaşından bəri evdən dərs alır. Onun indi 11 yaşı var və o, 5-ci sinifdədir deyə, anasi Anita bildirir.
Anita Vals: “Lovell 6-cı sinfin riyaziyyatını və 7-ci sinfin elm dərsliklərini oxuyur. Onun yuxarı sinifdə oxumalı olduğu dərslərlə indidən maraqlanmasına səbəb məhz bu iki sahəyə marağı olmasındadır. O, iki dərsə əvvəlcədən hazırlaşır.”
Bu, internet vasitəsilə təhsil almağın mənfəətlərindən biridir. Onun dərs cədvəli də sərbəstdir. Belə ki, o istədiyi zaman internet sinfində iştirak edə bilər. Belə bir cədvəl ona başqa fəaliyyətlərilə məşğul olmağa şərait yaradır.
Anita Vals Lovelə evdə təhsil vermək üçün əvvəlcədən hazırlaşmışdı. O, internetdə təhsil almaq üçün nəzərdə tutulmuş Vaşınqton ictimai məktəb haqda xəbər tutduqda çox sevinmişdi. Məktəb öz tələbələrini internetdə müəllim və tədris planı ilə təmin edir.
Anita Vals xüsusilə kiçik oğlu Zaçarinin eyni proqrama yazılmasından sonra uşaqlarına təhsildə yardım etmək üçün çox vaxt sərf edir.
Anita Vals: “Uşaq baxçası, birinci, ikinci, üçüncü siniflərdə oxuyarkən gərək daim uşağın yanında olasan. Uşağı təlimatlandırasan.”
İnternetdə təhsil getdikdcə məşhurlaşır. K12 internetdə məktəb və dərslik təmin edən böyük şirkətlərdən biridir. Cef Kvitovski şirkətin vitse prezidentidir.
Cef Kvitovski: “Ölkə boyu 250 000 tələbə internet məktəbdə təhsil alır. Onların 100 000-ni K12 şirkətinin məktəblərində oxuyur.”
Lovelin müəllimi Suzan Kovey K12-də işləməzdən əvvəl adi məktəb müəllimi idi.
Suzan deyir ki, internet məktəblərində təhsil almaq adi siniflərdə təhsil almaqda çətinlik çəkən, başqa tələbələr tərəfindən təhqirlərə məruz qalan və zəif oxuyan tələbələr üçün oldqca əlverişlidir.
Denis Van Roekel Milli Təhsil Assosiasiyasının prezidentidir. O, internetdə məktəbə dair narahatlıq keçirdiyini bildirir.
Denis Van: “Mənə elə gəlir ki, üzbəüz ünsiyyət, əsasən də aşağı qiymət alan şagirdlər üçün çox vacibdir. Ona görə valideyinlər əvvəlcədən araşdırmalar aparmalı və şagird üçün nəyin mühüm olduğunu müəyyən etməlidirlər”
O ki, qaldı Anita Valsa, o, oğlanları üçün internet məktəbinin çox əlverişli olduğundan əmindir.