Accessibility links

Dünən Moskvada insan hüquqları qrupunun üzvləri saxlanılıb


Amnesty İnternational bu gün bildirib ki, onun könüllüləri U2 rok qrupunun konsertində vərəqələr paylayırdılar

İnsan hüquqları qrupu onun bir neçə üzvününü dünən Moskvada konsertzalı yaxınlığında saxlandığını bildirib. Amnesty İnternational bildirib ki, onun könüllüləri U2 rok qrupunun konsertində vərəqələr paylayırdı. Rusiya xəbər agentliyi İnterfaks Amnesty İnternational-ın rəsmilərinə istinadən qrupun beş üzvü saxlandığını , lakin sonra onların qarşı ittiham irəli sürülmədən azad edildiyini xəbər verib. Bir neçə başqa qeyri-hökumət təşkilatı da konsert zalı qarşısında aksiyalar keçirib. Konsertin sonuncu mahnısı Cənnət Qapısını Döyərkən mahnısını bərabər ifa etmək üçün U2 qrupu Kremlin tənqidçisi Rusiyanın rok ulduzu Yuri Şevçuku səhnəyə dəvət edib. Rusiya rəsmiləri saxlanılmaya dair heç bir şərh verməyiblər.

XS
SM
MD
LG