Accessibility links

Novruz bayramı qabağı yeyinti məhsullarının qiymətləri bahalaşmaqda davam edir


Novruz bayramı qabağı yeyinti məhsullarının qiymətləri bahalaşmaqda davam edir
Novruz bayramı qabağı yeyinti məhsullarının qiymətləri bahalaşmaqda davam edir

Meyvələrin, meyvə qurusunun qiymətləri daha çox bahalaşıb. Bir neçə gün əvvəllə müqayisədə qiymətlər 50 qəpikdən 1 manatadək artıb

Azərbaycanda Novruz bayram qabağı qiymətlərdə bahalaşma müşahidə olunur.

ANS PRESS Agentliyinin məlumatına görə, meyvələrin qiymətləri daha çox bahalaşıb. Bir neçə gün əvvəllə müqayisədə qiymətlər 50 qəpikdən 1 manatadək artıb.
Pərakəndə satış bazarlarında qoz ləpəsi 10-18, fındıq 10, şabalıd 6-8, kişmiş 6-7, xurma, innab, iydənin qiyməti eynidir, 3-4 manatdır. Ərik qurusu 6-7, gavalı turşusu 8-12 manatdır.
Meyvələrin qiymətinə gəldikdə: alma 1,50 - 3 manat, armud 3-3,50 manat, portağal 3, heyva 3 manatdır
Tərəvəzlərin qiymətində də dəyişiklik olub. Pomidor 2 - 4, xiyar 2-4, kartof 1-1,20, soğan 1 manatdır.
Ötən ilin cari dövrü ilə müqayisədə qiymətlər 50 faizə qədər qalxıb. Məsələn, ötən il 6-8 manata satılan qoz ləpəsi indi 10-12 manat, hətta 18 manatdır. Kişmiş ötən il 4 manat idisə, bu il 6-7 manatdır.

XS
SM
MD
LG