Novruz Bayramı - Bazarlarda bayram alış-verişi
Bakıda Novruz Bayramı qeyd olunur. Bu bayramın özünəməxsus adət-ənənələrindən biri də bayram süfrəsinin hazırlanmasıdır. Bayramla əlaqədar bazarlarda isə canlanma müşahidə olunur. Satıcılar deyir ki, Covid-19 pandemiyası bu il də Novruz bayramı qabağı təsirsiz ötüşməyib. Onlar düşünür ki, müəyyən qədər alıcılıq qabiliyyəti artsa da, bazardakı vəziyyət ötən illərlə müqayisədə o qədər də ürəkaçan deyil. Yarmarkada quru meyvə və çərəzlər də bolluq təşkil edir. Bununla yanaşı hər növ meyvə-tərəvəz da piştaxtaları bəzəyir. Bayram süfrəsi üçün qoz ləpəsinin qiyməti 11 manatdan başlayaraq 20 manatadək dəyişir. Fındıq ləpəsi isə 10-12 manata təklif olunur. Bayram süfrəsinin bəzəyi olan plov üçün düyünün qiyməti 3-6 manata, şabalıd 5 manat, qaysı 6 manat, kişmişin qiyməti isə 3 manatdan 15 manatadək dəyişir. Alıcılar isə deyir ki, bayram süfrəsi üçün bazarlığa ən azı 200 manat xərcləmək lazımdır.
Episodes
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib
-
Noyabr 25, 2024
Gürcüstan parlamenti müxalifətsiz açılış edib