Accessibility links

Norveç liviyalı qaçqınları Ruandaya köçürür


Norveç Aralıq dənizi boyunca bəzən ölümlə nəticələnən qaçaqmalçılıq yolu ilə bu Skandinaviya ölkəsinə gələnləri dayandırmaq məqsədilə bu yaxınlarda liviyalıların nəzarət mərkəzlərindən sığınacaq istəyən 600 miqrantı Ruandaya köçürdüyünü bildirib.

"Qaçaqmalçılıq yolu ilə gətirilənlərə və bunun arxasında duranlara dəstək verməyəcəyimizə, əksinə, qorunmağa ehtiyacı olan insanların mütəşəkkil formada qəbul edilməyəcəyinə dair bir siqnal göndərməyimiz mənim üçün çox vacibdir" - deyə, ölkənin Ədliyyə və İmmiqrasiya naziri Joran Kallmir cümə axşamı Associated Press-ə elektron-poçtla göndərdiyi açıqlamasında bildirib.

2015-ci ildən bəri Avropa rəsmiləri, xüsusən Avropa Birliyi miqrant axınını, Avropaya gəlmək istəyən qaçqınların və digər miqrantların Aralıq dənizindən keçməsinə mane olmağa çalışır. Dənizdə ölən minlərlə insanın çoxu yola Liviya sahillərindən çıxır.

Sentyabr ayında Ruanda, Afrika Birliyi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Agentliyi arasında imzalanan müqavilənin bir hissəsi olaraq, Şərqi Afrika ölkəsi Ruanda Liviyadakı xaotik və dolu düşərgələrdən çıxarılmalı olan insanlar üçün sığınacaq yaradıb.

XS
SM
MD
LG