Şimali Koreya bazar ertəsi Birləşmiş Ştatlar və Cənubi Koreyanı geniş-miqyaslı hərbi təlimləri dayandırmağa çağırıb və onları Pxenyanın “daha güclü cavab tədbirlərinə” səbəb ola biləcək təxribat adlandırıb.
“Koreya yarımadası və ətrafında vəziyyət ABŞ və Cənubi Koreyanın aramsız və ehtiyatsız hərbi hərəkətləri səbəbilə güc uğrunda ciddi qarşıdurma mərhələsinə daxil olub,” Şimali Koreyanın xarici işlər nazirliyi ölkənin rəsmi KCNA xəbər agentliyində yayımlanan bəyanatda bildirib.
Birləşmiş Ştatlar və Cənubi Koreya bazar ertəsi ən böyük birgə hərbi hava təlimlərindən birinə başlayıb. Hər iki tərəfdən yüzlərlə döyüş təyyarəsi həftənin geri qalan hissəsində hər gün 24 saat boyunca saxta hücumlar həyata keçirəcəklər.
ABŞ-ın Hərbi Hava Qüvvələri “Sayıq Fırtına” adlanan əməliyyat cümə gününədək davam edəcək və təxminən 240 döyüş təyyarəsi 1600 döyüş uçuşu həyata keçirəcək.
Vaşinqton və Sul Pxenyanın 2017-ci ildən bəri ilk dəfə nüvə bombalarını sınaqdan keçirməyə başlaya biləcəyinə inanır və böyük hərbi təlimlərlə Pxenyanı “yayındırmaq” strategiyası yürüdürlər ki, bəzi indiki və keçmiş rəsmilər bunun gərginliyi artıra biləcəyini deyir.
Xarici işlər nazirliyinin bəyanatında deyilir ki, Şimali Koreya “suverenliyini, xalqının təhlükəsizliyini və ərazi bütövlüyünü xarici hərbi təhlükələrdən qorumaq üçün bütün lazımı tədbirləri görməyə hazırdır.”
“ABŞ davamlı şəkildə ciddi hərbi təxribatlarda israr edərsə, KXDR daha güclü cavab tədbirlərini nəzərə alacaq" bəyanatda bildirilib.
“Əgər ABŞ təhlükəsizlik maraqlarına uyğun gəlməyən hər hansı ciddi hadisənin olmasını istəmirsə, faydasız və səmərəsiz müharibə təlimlərini dərhal dayandırmalıdır. Əks halda, bütün nəticələrə görə günahı tamamilə öz üzərinə götürməli olacaq.”
Cümə günü Cənubi Koreya qoşunları ABŞ qüvvələri ilə bəzi təlimlər də daxil olmaqla saxta amfibiya enişləri və çay keçidlərini özündə əks etdirən 12 günlük Hoguk 22 səhra təlimlərini başa vurub.
Şimali Koreya birgə təlimləri işğal üçün məşq və Vaşinqton və Seulun düşmən siyasətinin sübutu kimi pisləyir. Şimali Koreya təlimlərə cavab olaraq raket atıb, hava təlimləri keçirib və dənizə artilleriya zərbələri endirib.
Şimali Koreya ABŞ-ın Pxenyanın nüvə və raket proqramları ilə bağlı danışıqları bərpa etmək üçün dəfələrlə etdiyi çağırışlara məhəl qoymayıb və bunun əvəzinə bu il misli görünməmiş raket sınaqlarına başlayıb.