Accessibility links

Normandiya əməliyyatı haqda rəngli sənədli film [Video]


Normandiya əməliyyatı rəngli kadrlarda
please wait

No media source currently available

0:00 0:03:09 0:00
1944-cü ildə müttəfiq qüvvələrin Normandiyada desant əməliyyatı Hollivudun mərhum resjissoru Corc Stivensin başçılıq etdiyi Amerika ordu kinomatoqrafçılarından ibarət qrup tərəfindən əsasən ağ-qara variantda lentə alınıb. Lakin Stivens o günlər özəl gündəliyini də videoya çəkib. Bu nadir rəngli görüntülər nasistlərin Fransadan çıxması ilə nəticələnmiş hərbi kampaniyanın tarixinə yeni bir baxış imkanı yaradır.

1944-cü ildə iyunun 6-da sübh tezdən Amerika kinomatoqrafçılarından ibarət bir qrup desant əməliyyatına start verilməsini filmə çəkəcəyini gözləyirdi.

Onların rəhbəri, 37 yaşlı Hollivud rejissoru Corc Stivens də döyüş səhnələrini öz kamerası ilə rəngli Kodachrome lentinə çəkirdi.

Stivens bu video kadrlardan sonra heç vaxt istifadə etməmişdi. On illər sonra onun özü kimi rejissor olan oğlu Corc Stivens bu nadir video lenti bərpa edərək, 1994-cü ildə Normandiya əməliyyatının 50-ci ildönümündə unikal sənədli film hazırlamışdı.

Ata Stivensin sayəsində desant əməliyyatının baş verdiyi gün səma və dənizin rəngi, əsgərlərin forması, silahlardan çıxan tüstü, bir sözlə, hər şey orijinal rənglərdə gəlib bizə çatmışdır.

Corc Stivens: “Mənə elə gəlir ki, mən gözlərimlə həmin gün rəngləri ilk dəfədir görürdüm. Filmə baxdım və insanlardan tutmuş hadisələrə qədər hər şey həmin gün olduğu kimidir.”

Rənglər Fransanın dağılmış kəndləri, fransızların müttəfiq qüvvələrini salamladığı səhnələrə sanki həyat vermişdi.

Nadir kadrlarda həmçinin Parisin azad edilməsi və Fransa müqavimət hərəkatının lideri və prezident Şarl De Qolun görüntüləri var.

Corc Stivens Amerika əsgərlərini salamlayan gənc fransız qızların üzünün ifadəsini çəkməyə çalışmışdı.

ABŞ generalı Corc Patton və Britaniya generalı Bernard Montqomerinin də nadir görüntüləri video lentə alınıb. Döyüşdən canlarını qurtarmış alman əsgərləri də Stivensin kamerası vasitəsilə çəkilib.

“Bu, çox gözəl rəngli sənədli filmdir, İkinci Dünya müharibəsi adətən ağ-qara lentə çəkilirdi. Biz müharibəni elə görmüşdük və elə görürdük.”

Video kardlarda müttəfiq qüvvələrin əsgərlərinin düşmənin cəhbə xəttini keçməyə, onların bəzisinin o dövrün üzərində qraffiti yazısı təyyarələrində uçmağa hazırlaşdığı göstərilir.

Müttəfiq qüvvələr Almaniyaya daxil olduğu vaxt Corc Stivens nasistlərin əsir düşəgərlərindəki dəhşətlərini də lentə almaqdan çəkinməmişdi. Krematorilərin qarşısında yığılmış insan cəsədləri və müharibənin digər dəhşətli anlarını göstərən bu video kadrlar gələcək nəsillərin yaddaşında qalacaq güclü təsirə malikdir.
XS
SM
MD
LG