Accessibility links

Şimali Koreya yeni nüvə sınağı keçirməklə hədələyir


Şimali Koreya BMT komitəsinin Pxenyanda insan haqlarının pozulması ilə bağlı bəyanatına qarşı yeni nüvə silahları sınaqdan keçirəcəyi ilə təhdid edib.

Şimali Koreya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Pxenyanın BMT Baş Assambleyasının 3-cü Komitəsinin Komunist dövlətdə insan hüquqlarının vəziyyəti ilə bağlı qətnamə qəbuluna qarşı dördüncü nüvə sınağı keçirməsinə heç nə mane olmur.

Qətnamə Təhlükəsizlik Şürasına Şimali Koreyanı bəşəriyyətə qarşı cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsinə verməyi təklif edir.

Şimali Koreya bildirib ki, qətnamə böhtanlarla doldurulub və bu, ağır siyasi təxribatdır. Bəyanatda həmçinin Birləşmiş Ştatların Pxenyanı təhqir etdiyi və hazırkı hakimiyyəti devirməyə çalışdığı deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG