Accessibility links

Avropa İttifaqı Nobel sülh mükafatına layiq görüldü


Nobel mükafatı
Nobel mükafatı

Ketrin Əşton: “Avropa İttifaqı məkanında tarixən düşmən ölkələr yaxın tərəfdaş və dost olub”.

2012-ci ilin Nobel Sülh Mükafatına Avropa İttifaqının layiq görülməsinə dair bu qurumun ali nümayəndəsi, vitse-prezident Ketrin Əşton bəyanatla çıxış edib.

Sənəddə deyilir: “Barışıq, demokratiya, insan hüquqlarının təşviqi, bütün qitədə sülh və sabitliyin artması istiqamətində gördüyü işlərinə görə təşəkkür əlaməti olaraq Avropa İttifaqının 2012-ci ilin Nobel Sülh Mükafatına layiq görüldüyü xəbərinə sevindim.
Avropa İttifaqı ölkələrində tarixən düşmən ölkələr yaxın tərəfdaş və dost olmuşlar.

Bu işin davamçılarından biri olduğumla fəxr edirəm. Avropa Xarici Əməliyyat Xidmətinin yaranması hərtərəfli yanaşma hazırlamağımız üçün şərait yaratmışdır ki, burada da məqsəd bütün dünyada Avropanın əsas dəyərlərini daha yaxşı təşviq etməkdir.
Bu prosesi davam etmək uğrunda yorulmadan davam edəcəm”.
XS
SM
MD
LG