Accessibility links

2015-ci il Nobel mükafatı laureatlarının adları açıqlanıb


Cari ilin ilk Nobel mükafatı laureatlarının adları açıqlanıb.

Nobel Komitəsinin bildirdiyinə görə, tibb üzrə mükafatlara İrlandiya, Yaponiya və Çin alimləri layiq görülüb.

İrlandiyadan Uillyam Kampbell, Yaponiyadan Satoshi Omura parazitlərin səbəb olduğu infeksiyaların müalicəsinin müəyyən edilməsinə görə mükafatı paylaşır.

Çinli Tu Youyou malyariyaya yolunxanların ölüm hallarının azaldılmasına yol açan dərman ixtirasına grə Nobel mükafatına layiq görülüb.

Nobel Mükafatı Komitəsi bu iki ixtiranın yüz milyonlarla insanı təsirinə məruz qoyan xəstəliklərin müalicəsində misilsiz inkişaf adlandırıb.

Kampbell Nyu-Cersi ştatının Dryu Universitetinin alimidir.

Farmakologiya və kimya üzrə iki doktorluq dərəcəsi əldə edən Omura Yaponiyanın Kitasato Universitetində çalışır.

Tu isə Çinin Ənənəvi Təbabət Akademiyasının baş professorudur.

XS
SM
MD
LG