Accessibility links

2015-ci il Nobel Sülh Mükafatı Tunis Milli Dialoq Kvartetinə verildi


Mükafat kvartetə ölkənin demokratikləşməsi prosesinin dəstəklənməsi istiqamətində gördüyü işlərə görə verilib

2015-ci il Nobel Sülh Mükafatına 2011-ci ildə Tunisdə "Yasəmən İnqilabı" adlanan etiraz dalğalarından sonra ölkənin demokratikləşməsi prosesini dəstəklənməsi istiqamətində gördüyü işlərə görə Tunis Mİlli Dialoq Kvarteti layiq görülüb.

Qalibin adını bu gün Osloda Nobel Komitəsinin sədri Kaci Kullman Five açıqlayıb.

Komitə kvartetin Tunisdə sosial qiyam və siyasi qətllər səbəbilə dağılmaq təhlükəsində olan kövrək demokratikləşmə prosesini davam etdirmək uğrunda gördüyü işi qiymətləndirib.

Kvartetin tərkibinə həmkarlar ittifaqları və eləcə də, Tunis İnsan Haqları Liqası və Tunis Hüquqşunaslar Birliyi daxildir.

Kullman Five bildirib ki, komitə kvartetin Tunisdə sosial qiyam və siyasi qətllər səbəbilə dağılmaq təhlükəsində olan kövrək demokratikləşmə prosesini davam etdirmək uğrunda gördüyü işi qiymətləndirib.

"O zaman vətəndaş müharibəsinin astanasında olan ölkədə bu addım alternativ dinc siyasi prosesin əsasını qoyub" - deyə Kullman fikirlərini əsaslandırıb.

A combo of recent file pictures shows (LtoR) Secretary General of the Tunisian General Labour Union (UGTT) Houcine Abbassi, President of the Tunisian employers union (UTICA) Wided Bouchamaoui, President of the Tunisian Human Rights League (LTDH), Abdessa
A combo of recent file pictures shows (LtoR) Secretary General of the Tunisian General Labour Union (UGTT) Houcine Abbassi, President of the Tunisian employers union (UTICA) Wided Bouchamaoui, President of the Tunisian Human Rights League (LTDH), Abdessa

Tunis 2011-ci ildə Ərəb Baharı kimi tanınan etiraz dalğasının ilk başladığı ölkədir. On illərdir davam edən avrtokratik hakimiyyət və korrupsiyaya son qoymaq ümidlərinə küçərələ axışan tunislilər o zaman prezident olan Zinə Əl Abedin Ben Əlinin hakimiyyətdən devrilərək ölkəni tərk etməsinə nail olmuşdular.

Ancaq bir çox göstəricilərə görə Tunis Ərəb Baharının yeganə uğur hekayəsidir.

Siyasi çaxnaşmalara səhnə olan Misir və Liviyada, vətəndaş müharibəsinədən gedib çıxan Suriyadan fərqli olaraq Tunisdə qeyri-zorakı seçkilər nəticəsində keçən il hakimiyyət dünyavi siyasi partiyaya keçib.

Bu il Nobel Sülh Mükafatına ən çox namizədin qeydə alındığı ildir. 273 namizədin arasında Roma Papası Fransis və Almaniya kansleri Angela Merkel də yer alıb.

Nobel Komitəsi bildirib ki, Tunis digər ölkələrə də nümunə ola biləcək.

Ancaq sözsüz ki, ölkədə hələ də bir çox problemlər qalmaqdadır. Onlara korrupsiya, 35 faizlik işsizlik səviyyəsi və İslam Dövləti daxil olmaqla tunisli gənclərin ekstremistlərin sıralarına cəlb edilməsidir.

Xatırladaq bu il Nobel Sülh Mükafatına ən çox namizədin qeydə alındığı ildir. 273 namizədin arasında Roma Papası Fransis və Almaniya kansleri Angela Merkel də yer alıb.

XS
SM
MD
LG