Accessibility links

Təbrizdə saxlanılan Vəhid Cavaninin vəziyyəti ilə bağlı məlumat yoxdur


Təbriz sakini olan Vəhid Cavani təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və üzərindən iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun vəziyyəti barədə hələ də məlumat yoxdur.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi Vəhid Cavaninin iki həftədən artıq təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldığını qeyd edərək, ailəsinin onun sağlamlıq durumu ilə bağlı narahatlığının artdığını bildirib.

Vəhid Cavaninin 17 yaşında olduğu və 18 gün əvvəl yanvarın 11-də evinin qarşısında təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir. Hazırda o, təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirilir.

Saxlanılan Təbriz sakini Vəhid Cavaninin dosyesi Təbriz prokurorluğunun 17-ci şöbəsində istintaq altında olduğu bildirilir.

Bölgədəki hüquq müdafiəçilərinin Vəhid Cavaninin tanışlarına istinadən yaydığı məlumata görə, ona qarşı “yalan məlumat yaymaq”, “sistemə qarşı təbliğat fəaliyyəti aparmaq” və “qanunsuz toplantılarda iştirak etmək” ittihamları irəli sürülüb.

XS
SM
MD
LG