Accessibility links

NATO Azərbaycan məktəbinin yay sessiyası


NATO Azərbaycan məktəbi
NATO Azərbaycan məktəbi

Sessiyada “Böhrana nəzəri baxış”, “Silahlı münaqişələr: nəzəri və praktiki icmal”, “Maliyyə böhranı”, “Regional böhranlar və regional təşkilatlar”, “Nüvə enerjisi və profilaktik tədbirlər” müzakirə edilir.

Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NİSA) “Böhranlara cavablar: beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resursları” mövzusunda yay sessiyası işinə başlayıb. Sessiyanın açılış mərasimində Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi, Rumıniyanın (NATO ilə Azərbaycan arasında əlaqələndirici ölkə) Azərbaycandakı səfiri iştirak edib.
Xarici İşlər Nazirliyinin Təhlükəsizlik İdarəsinin rəhbər müavini Qaya Məmmədov böhran zamanı ölkələrin rolundan danışıb və bu sahədə NATO-nun təcrübəsinin öyrənilməsini mühüm sayıb.
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Çiobaninin fikrincə, yay məktəbi müxtəlif ölkələrdən olan nümayəndələrin faydalı fikir mübadiləsi aparması üçün imkan verir. “İqtisadi və maliyyə böhranı dünyada təsirlərini göstərməkdədir. Bu zaman NATO təhlükəsizliyin qorunmasında mühüm rol oynayır”.
D.Çiobanu həmçinin, NATO qüvvələrinin Əfqanıstandan çıxarılması prosesindən danışıb və bu qurumun dünyada sülhün və demokratiyanın inkişafında, insan hüquqlarının qorunmasına mühüm rolunu qeyd edib. O, jurnalistlərin suallarının cavabında Azərbaycan-NATO əməkdaşlığını yüksək qiymətləndirib. “Eyni zamanda Azərbaycan NATO yüklərinin Əfqanıstana daşınmasında mühüm rol oynayır. Azərbaycan hərbiçiləri Əfqanıstanda sülhməramlı kontingentin tərkibində iştirakı ilə burada sülhün yaradılmasında fəal iştirak edir”, - o vurğulayıb.
Yay məktəbi iyulun 7-dək davam edəcək. Sessiyada “Böhrana nəzəri baxış”, “Silahlı münaqişələr: nəzəri və praktiki icmal”, “Maliyyə böhranı”, “Regional böhranlar və regional təşkilatlar”, “Nüvə enerjisi və profilaktik tədbirlər”, “Regional böhranlar və regional təşkilatlar”, “İqtisadi və sosial inkişaf”, “Ətraf mühit problemləri” kimi mövzular müzakirə ediləcək.
İyulun 5-də günün ikinci yarısında yay məktəbinin işinə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay və Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim də qatılacaq
XS
SM
MD
LG