Accessibility links

Nikol Paşinian Ermənistanın baş naziri təyin olunub


Nikol Paşinian ikinci müddətə Ermənistanın baş naziri təyin olunub. Onun siyasi alyansı dekabrın 9-da keçirilmiş parlament seçkisində çoxluğu qazanmışdı.

Yanvarın 14-də 132 üzvlük parlament ilk iclasına yığışıb. Prezidenti Armen Sarkisyan isə uyğun fərmanı imzalayıb.

Paşinianın “Mənim Addımım” alyansı seçkidə səslərin 70 faizdən çoxunu, yəni qanunverici orqanda 88 yer əldə edib.

İki müxalifət partiyası-Firavan Ermənistan Partiyası (BHK) və İşıqlı Ermənistan uyğun olaraq 26 və 18 yerə sahibdir. Keçmiş hakim Respublikaçı Partiyası (HHK) isə son parlament seçkisinə keçmək üçün lazımi 5 faizlik baryeri aşa bilməyib.

Əvvəllər korrupsiyadan yazmış jurnalist və müxalifətdən deputat olmuş Paşinian mayda baş nazir postuna keçib. O zaman küçə etirazları nəticəsində Serj Sarkisyan baş nazir postunda cəmi bir həftə qala bilmiş, istefaya məcbur olmuşdu.

Amma HHK parlamentdəki çoxluğu saxlamışdı.

Paşinianın oktyabrda istefaya getdiyini açıqlayaraq parlament buraxması ilə erkən seçkilər təyin olunub.

İndi artıq Paşinianın parlament çoxluğu ona korrupsiya ilə mübarizə və iqtisadi islahatlar proqramını gerçəkləşdirməyə imkan verir.

XS
SM
MD
LG