ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli Fələstinlə bağlı ritorikalarına görə, eyni zamanda humanitar böhranın aradan qaldırılması və sülh prosesində konkret addımlar atmadıqlarına görə ərəb və müsəlman ölkələrini tənqid edib.
Heyli BMT-nin Təhlükəsizlik Şurasının çərşənbə axşamı iclasında çıxışı zamanı Küveyt, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri kimi ABŞ müttəfiqləri də daxil olmaqda çox sayda ölkənin BMT-nin fələstinli qaçqınlara yardım agentliyinə ianələri az miqdarda etdiklərini və ya ümumiyyətlə etmədiklərini qeyd edib.
Heyli Birləşmiş Ştatların keçən il fələstinlilərə yardım üçün 364 milyon dollar ödədiyini desə də, Tramp administrasiyasının 2018-ci il üçün nəzərdə tutulan 300 milyonluq büdcəni ləğv edərək, Fələstinli Qaçqınlara Yardım Agentliyinin maliyyə böhranına səbəb olduğu haqqında heç nə bildirməyib.
O zamandan bəri agentlik iki dəfə fövqəladə iclas çağıraraq, 238 milyon dollar toplamağa müvəffəq olub. Lakin büdcədə hələ də 217 milyon dollar kəsir var.
Fələstinli Qaçqınlara Yardım Agentliyinin məktəbləri Fələstin ərazisində və regionda yarım milyon şagirdə təhsil verir.