Ordu rəsmiləri Nigeriya əsgərlərinin Çad Gölündə gizlənən Boko Haram ekstremist qrupu ilə əlaqəsi olan 400 nəfəri həbs etdiyini bildirir. Onların arasında döyüşçülər, həyat yoldaşları və uşaqları da var.
Polkovnik Onyema Nvaçuku deyir ki, iki həftə davam edən əməliyyat nəticəsində son ay aylar şimal-şərqi Nigeriyada ən çox Boko Haram döyüşçüsü həbs olunub.Bu əməliyyata qiyamçıların mövqelərini hədəf alan quru və hava hücumları daxil olub.
Nvaçukunun sözlərinə görə, ordu 167 Boko Haram döyüşçüsü, 67 qadın və 173 uşağı həbs edib. Qadın və uşaqlar istintaq aparıldıöqdan sonra düşərgələrə yerləşdirilmək üçün rəsmilərə təhvil veriləcək.
Nvaçuku həmçinin bildirib ki, 57 qiyamçı regionun bir başqa hissəsində 57 qiyamçı daha həs olunub.
Boko Haram 8 ildir davam etdirdiyi qiyam nəticəsində 20 mindən çox insanın ölümünə səbəb olub.