Accessibility links

"N!DA"çı Fuad Hacıyev sərbəst buraxılıb


“Nida” Vətəndaş Hərəkatının üzvü Fuad Hacıyev iyulun 14-də Bakı polisinin inzibati həbs məntəqəsindən buraxılıb. Məntəqənin qarşısında “Azadlıq” radiosuna danışan gənc fəal deyib ki, böhtan atılaraq həbs olunub: "Məhkəmədə bunu sübut etməyə çalışsam da, nail ola bilmədim. Çünki bu, tapşırılmış məsələ idi”.

Fuad Hacıyev iyulun 4-də Bakıda, Qara şəhər adlanan yerdə evləri sökülən insanlara az kompensasiya verilməsinə etiraz etdiyi üçün tutulmuşdu. Xətai Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 310.1 (polisin qanuni göstərişinə tabe olmamaq) maddəsi ilə təqsirli bilmiş, 10 sutkalığa azadlıqdan məhrum etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG