Accessibility links

Zaur Qurbanlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır


NİDA Vətəndaş Hərəkatının bukleti
NİDA Vətəndaş Hərəkatının bukleti

NİDA-çının İlham Əliyevin kölgəsi və “Mən 2013-cü ildə gedərəm, əgər, sən N!DA-çı olsan!” sözləri yazılan bukletə görə saxlandığı ehtimal edilir

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır. Bu barədə oktyabrın 1-də idarənin rəsmi əməkdaşı Zaur Qurbanlının atası Araz Qurbanlıya məlumat verib.

Belə ki, sentyabrın 29-u səhər saatlarında NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlı yaşadığı evin önündə saxlanıb. Onu saxlayanlar özlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib.

Daha sonra Z.Qurbanlının evində, paralel olaraq “Müsbət Dəyişiklik” Hərəkatının ofisində axtarış aparılıb. Axtarış başlayandan az sonra Z.Qurbanlı ofisə gətirilib.

Ofisdən NİDA Vətəndaş Hərəkatına məxsus çap materialları, NİDA-ya məxsus yayılmamış 8 min nüsxə bukletlər götürülüb. Məlum bukletin üzərində İlham Əliyevin kölgəsi və “Mən 2013-cü ildə gedərəm, əgər, sən N!DA-çı olsan!” sözləri yazılıb.

İctimai Palatanın Koordinasiya Şurası və Gənclər Təşkilatı NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlının həbsinin pisləyir və gənc fəalın dərhal azadlığa buraxılmasını tələb edir. Bu barədə hər iki qurumun yaydığı bəyanatda deyilir.

“Zaur Qurbanlı heç bir əsas göstərilmədən polis tərəfindən saxlanılıb.
Ehtimal edirik ki, Zaur Qurbanlı ölkə rəhbəri barədə buroşür hazırladığı üçün həbs olunub”- deyə sənəddə qeyd edilir.

İP Koordinasiya Şurası və Gənclər Təşkilatı Zaur Qurbanlının həbsini gənclərə qarşı repressiyanın növbəti tərkib hissəsi kimi qiymətləndirir.

“Hakimiyyətdən Zaur Qurbanlının ən qısa zamanda azadlığa buraxılmasını və həbs zamanı alınan materialların geri qaytarılmasını tələb edirik”, deyə Gənclə Təşkilatının bəyanatında deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG