Accessibility links

NİDA Vətəndaş Hərəkatının fəalı həbs edilib


Elmir Abbasov
Elmir Abbasov

NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov inzibati qaydada 30 sutka həbs edilib.

Bu barədə vəkil Zibeyda Sadıqova bildirib.

Onun sözlərinə görə, Elmir Abbasov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə həbs olunub.

"O, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub. Hazırda Abbasov Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılır," vəkil qeyd edib.

NİDA Vətəndaş Hərəkatının məlumatına görə, fəal bir neçə gün əvvəl yoxa çıxıb.

"Fevralın 22-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı kimi özünü təqdim edən şəxs zəng vurub Elmirin həbs olunduğunu deyib."

NİDA Hərəkatı hesab edir ki, Abbasov sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etdiyinə görə həbs edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi hələ məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG