Nyu-York ştatının Vergi və Maliyyə Departamenti ABŞ prezidenti Donald Trampın vergilərdən yayınmaq və valideynlərindən miras qalmış sərvətini artımaq üçün vergi fəndlərindən istifadə etdiyi haqda New York Times qəzetində dərc olunan məqalədən sonra təhqiqata başlayıb.
Agentlik təhqiqatı Nyu-York şəhərinin meri Bill de Blasionun müraciəti əsasında başlayıb.
“Mən Nyu-Yorkun Vergi və Maliyyə Departamentinə dərhal vergi və əmlak pozuntuları ilə bağlı təhqiqata başlamaq və müvafiq vergilərin ödənildiyini müəyyənləşdirmək üçün Nyu York ştatı ilə birgə iş aparmaq haqda göstəriş vermişəm,” şəhərin Demokrat meri Bill de Blasio Twitter səhifəsində yazıb.
Tramp özü haqda danışarkən çox vaxt biznesə atasından $1 milyon dollar borc götürdüyünü və investisiyalar və sövdələşmələr nəticəsində sərvət topladığını deyir.
Lakin New York Times qəzetində dərc olunmuş geniş məqalədə Trampın Nyu-Yorkda daşınmaz əmlak biznesinin ən tanınmış şəxslərindən biri olan atası Fred Trampdan $413 milyon dollar aldığı haqda məlumat verilir.
Fred Tramp Donald Tramp və başqa uşaqlarına onlar hələ gənc yaşlarında olarkən pul ötürməyə başlayıb. Qəzetin bildirdiyinə görə, onlar hələ də daşınmaz əmlak imperiyasından pul götürməyə davam edir.
New York Times qəzetinin məqaləsində deyilir ki, Tramp atasına vergilərdən yayınmaq və məqalədə deyildiyi kimi, vergi tutulmalarının qanunsuz azaldılması yolu ilə sərvətini artırmağa kömək edib.
Məqalədə həmçinin bildirilir ki, Tramp ailəsi federal hökumətə ödəməli olduğu vergilərin yalnız bir hissəsini ödəyib.
New York Times qəzetinə əsasən, Donald Tramp və onun ailəsi atalarından böyük məbləğdə pul şəklində hədiyyələri gizlətmək üçün saxta korporasiya yaradıb.
Tramp hər hansı pozuntunu inkar etmədən, məqalədəki məlumata əhəmiyyət verməyərək, onu “köhnə və maraqsız” adlandırıb.
Çərşənbə axşamı New York Times qəzetindəki məqalə ilə bağlı açıqlama verən Ağ sözçüsü Sara Sanders bildirib ki, ABŞ-ın vergi idarəsi Tramp ailəsinin vergi tranzaksiyalarını “on illər bundan əvəl nəzərdən keçirib və onları qəbul edib”.