İsrailin Baş Naziri Benyamin Netanyahu bazar ertəsi İranın Yəməndən İsraili dəqiq istiqamətlənmiş raketlərlə vurmaq niyyətində olduğunu deyib.
Netanyahu detallarına varmadığı bu iddianı İsrailin İran və onun müttəfiqləri ilə müharibəni bir neçə cəbhədə başlaya biləcəyi barədə xəbərdarlıqlarlından bir neçə gün sonra, Birləşmiş Ştatların yüksək səviyyəli nümayəndə heyətini qəbul etdiyi vaxt səsləndirib.
Nə İran, nə də onun dəstəklədiyi Yəmənin Husi döyüşçüləri İsrailin bu iddiasına dərhal reaksiya verməyib.
Husilər onlara qarşı koalisiyaya başçılıq edən Səudiyyə Ərəbistanına qarşı raket və dronlardan istifadə edir, lakin qrupun İsrailə 2000 kilometrlik məsafəni qət edə biləcək silahlara sahib olduğuna dair o qədər də dəqiq məlumat yoxdur.
"İran İsraildə istənilən obyekti 5-10 metr dəqiqliklə hədəf ala biləcək raketlər inkişaf etdirmək istəyir," deyə Netanyahu Qüdsdə etdiyi çıxışı zamanı bildirib.