Accessibility links

Nemət Pənahlı: Dustaqları heyvan səsləri çıxarmağa məcbur edirdilər


Nemət Pənahlının məhkəməsi üzrə hazırlıq iclası olub
Nemət Pənahlının məhkəməsi üzrə hazırlıq iclası olub

Penitensiar Xidmət: “Məhkumların şəxsiyyətini alçaldan, qeyri-insani və ya xalqımızın adət-ənənələrinə xələl gətirən heç bir hərəkətə yol verilməyib”

Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri olan, hazırda 17 saylı cəzaçəkmə müəssisəsində dustaq olan Nemət Pənahlı Penitensiar Xidmətdə baş verən qanunsuzluqlarlabağlı müraciət yayıb.

2010-cu ildən həbsdə olan Nemət Pənahlı saxlandığı 17 saylı cəzaçəkmə müəssisəindəki qanunsuzluqlara etiraz etdiyi üçün həbsxana rəhbərliyi tərəfindən təzyiq və təhdidlərə məruz qaldığını bildirir.

Sənəddə deyilir ki, Pənahlı Bakı istintaq təcridxanasında saxlandığı zaman onu kamerada ölümlə hədələyən şəxsin hazırda 17 saylı həbsxananın 2-ci korpusunda komendant işlədiyini xatırladır.

N.Pənahlı daha sonra dekabrın 6-da həbsxanada baş vermiş qanunsuzluqlara toxunur.

“Bütün həbsxanalarda olduğu kimi, 17 saylı həbsxanada da dustaqlar qorxu və əsarət altında saxlanılır, müxtəlif adlarla dustaqlardan pul qoparılır. Özlərini “avtoritet” adlandıran, əslində həbsxana rəhbərliyinin əlaltıları olan şəxslərin əli ilə həbsxanalarda cinayətlər törədilir”.

Müraciətdə deyilir ki, dekabrın 6-da dustaq Anar Məsimov gecəyarısı həbsxana rəisinin əlaltıları olan dustaqların hay-küy salmasına etiraz edib.

“Həbs müddətinin başa çatmasına 10 gün qalmış A.Məsimov təhqir olunub. Amma həbsxanada dava- dalaş olmayıb. Bundan yarım saat keçdikdən sonra səhər həbsxanaya ordu yeridiləcəyi, hamının döyüləcəyi, hətta ölüm olacağı barədə xəbərlər yayılmağa başlayıb. Rəisin əlaltıları dustaqlara qoşuna müqavimət göstərmək üçün çarpayıları sındıraraq dəyənək kimi istifadə etməyi təklif edib. Mən bunun təxribat olduğunu başa düşərək məhbuslardan qoşuna müqavimət göstərməməyi xahiş edib”, sənəddə qeyd edilir.

Dekabrın 6-da səhər daxili qoşun hissəsi həbsxanaya daxil olub, dustaqlar sıraya düzülüb, adları çəkilən distaqlar irəli çıxıb, onlara hər hansı izah verilmədən qara maskalı şəxslər amansızcasına döyməyə başlayıb. Döyülən dustaqların axşamkı hadisəyə hər hansı aidiyyatı olmayıb, sadəcə rəisdən şikayət edən şəxslərdir. N.Pənahlı isə dustaqların döyülməsinə narazılığını ifadə etdiyinə görə cəza kamerasına salınıb.

“2-3 saat ərzində işgəncə verilən dustaqlara dayanmadan it kimi hürümək, müxtəlif heyvan səsləri çıxarmaq əmr olunur, təhqir, söyüş yağdırır, sonra da gülürdülər”, N.Pənahlı həbsxanada baş vüerənlərdən bəhs edir.

Bu qanunsuzluqlara etiraz olaraq N.Pənahlı aclıq aksiyasına başlayıb və buna görə 5 sutka müddətinə cəza kamerasına salınıb. O aclıq aksiyasını dayandırmadığı üçün daha 5 sutka cəzaçəkmə kamerasında qalacağı ilə hədələnib.

İlk tələb kimi N.Pənahlı İşgəncələrə Əleyhinə Komitənin sədri Elçin Behbudovla görüşmək istədiyini bildirib. Daha sonra müraciətdə N.Pənahlı ombudsman Elmira Süleymanovaya bu ilin yayında həbsxanada olarkən bir məhbusun ondan imdad istədiyini, bu cəsarətinə görə həmin dustağın həyatını itirdiyini xatırladır.

“17 saylı həbsxanada baş verənlərlə bağlı həqiqətləri söyləməyin, bunu mətbuata yaymağın məsuliyyətini başa düşürəm və bu cəsarətə əvəz olaraq öz həyatımla oynadığımı bilirəm”, - N.Pənahlı onu gözləyən təhlükə haqda cəmiyyətə mesaj verib.
Öz növbəsində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi APA agentliyinə bildirib ki, məhkum Nemət Pənahlının dekabrın 6-da 17 saylı cəzaçəkmə müəssisəsində məhkumlara kütləvi şəkildə işgəncə verilməsi ilə bağlı mətbuata verdiyi məlumatlar heç bir həqiqətə söykənmir.

“Təəssüflər olsun ki, bir qrup məhkumun cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozmağa yönəlmiş cəhdi Nemət Pənahlının heç bir reallığa əsaslanmayan fərziyyələri şəklində bəzi kütləvi informasiya vasitələrində özünə yer tapıb. Qeyd olunmalıdır ki, cəzaçəkmə müəssisələrinin kriminal aləmin qanunlarına uyğun idarə edilməsinə nail olmaq məqsədilə hələ də ayrı-ayrı məhkumlar tərəfindən cəhdlər göstərilir. Cəzaçəkmə müəssisələrinin Daxili intizam qaydalarının kobud surətdə pozulması və məhkumların hüquqlarının tapdalanması ilə müşayiət olunan belə cəhdlərin qarşısı isə Penitensiar xidmət tərəfindən dərhal və qətiyyətlə alınır. Dekabrın 6-da 17 saylı cəzaçəkmə müəssisəsində də cinayətkar aləmin adət - ənənələrinə riayət etməyə çalışan bir qrup məhkum digər məhkum kütləsini daxili intizam qaydalarını pozmağa, əməkdaşların qanuni tələblərinə itaətsizliyə çağırıblar. Bu da öz növbəsində məhkumların ciddi narazılığına səbəb olub və onlar qanuna zidd hərəkətlərə yol verilməsindən qəti surətdə imtina ediblər. Belə olan təqdirdə bir qrup mənfi xarakterizə olunan məhkumlar rejim qaydalarına riayət edən digər cəza çəkənlərə hücum etmiş və onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər”.

Məlumata görə, baş verənlərlə bağlı prokurorluq orqanları tərəfindən qanuna zidd hərəkətlərə yol vermiş məhkumlar barəsində Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə (Cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma) cinayət işi başlanılıb, istintaq aparılır.

“Keçirilmiş tədbir zamanı Penitensiar xidmətin əməkdaşları tərəfindən məhkumların şəxsiyyətini alçaldan, qeyri-insani və ya xalqımızın adət-ənənələrinə xələl gətirən heç bir hərəkətə yol verilməyib. Nemət Pənahlının cəfəng fərziyyələrinin əksi olaraq, həyata keçirilmiş tədbir hüquqları bərpa edilmiş məhkum kütləsi tərəfindən razılıqla qarşılanıb. Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinin pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq”.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG