Accessibility links

Penitensiar Xidmət Nemət Pənahlının təhlükəsizliyinə tam zəmanət verir


Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı

Milli Dövlətçilik Partiyasının sədri 2011-ci ildə 6 il azadlıqdan məhrum edilib. O həbsini siyasi sifariş adlandırıb.

“Bəzi KİV-lərdə Nemət Pənahlının öldürülməsi təhlükəsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. Penitensiar Xidmət Nemət Pənahlının, o cümlədən bütün məhbusların təhlükəsizliyinə tam zəmanət verir”. Bu barədə Amerikanın Səsi radiosuna Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.
Onun sözlərinə görə, Nemət Pənahlı ilə bağlı mediada dərc edilən məlumat Penitensiar Xidmət tərəfindən araşdırılıb. “Bizim əməkdaşımız həmin məlumatı yerində araşdırıb və təsdiqini tapmayıb”, - o qeyd edib.
KİV-lər həbsdə olan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının hüquqlarını ictimai müdafiə komitəsinin müraciətini dərc edib. Müraciətdə deyilir ki, Nemət Pənahlının qətlə yetirmək digər bir məhbusa tapşırılıb. Həmin məhbus başqa məhbuslar tərəfindən yaxalanıb və o, bunu etiraf edib.
Azərbaycan xalq hərəkatının liderlərindən biri, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı 2011-ci il iyulun 7 də Nəsimi rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilərək 6 il həbsə məhkum edilib. Nemət Pənahlı və dostu Ceyhun Fərzəliyev 2011-ci ilin yanvarında Eldəniz Rzayev adlı şəxsin şikayəti əsasında saxlanıb.
Şikayətçi yanvarın 7-də Bakının Mirəli Qaşqay küçəsində hər iki şəxs tərəfindən döyüldüyünü iddia edib. Nemət Pənahlı həbsini siyasi sifariş adlandırıb. O 2010-cu il parlament seçkiləri zamanı hakimiyyəti sərt tənqid etdiyinə görə həbs edildiyini iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG