Accessibility links

Nemət Pənahlının şikayəti təmin edilməyib


Nemət Pənahlı
Nemət Pənahlı

Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun dostu Ceyhun Fərzəliyevin Bakı Apelyasiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli qərarından kasasiya şikayətini təmin etməyib.

Vəkillər Elçin Əliyev və Sadiq Bağırov Pənahlı və onun dostuna qarşı irəli sürülmüş ittihamın əsassız, birinci instansiya və Apelyasiya məhkəmələrinin qərarının ədalətsiz olduğunu bildirib. Vəkillər hər iki məhkəmə qərarının yalnız bir şahidin ifadəsinə əsaslandığını, həmin ifadənin isə sübutlara söykənmədiyini vurğulayıb. Hər iki vəkil müdafiə etdiyi şəxslərə bəraət verilməsini məhkəmədən xahiş edib.

Dövlət ittihamçısı isə kasasiya şikayətini əsassız adlandıraraq Apelyasiya Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş edib.

Hakim İlham Cəfərov kasasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, ötən il yanvarın 8-də Nemət Pənahlı dostu Ceyhun Fərzəliyev ilə birlikdə vətəndaş Eldar Rzayevin şikayəti əsasında saxlanıb. Nəsimi Rayon Məhkəməsi hər iki şəxsi Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) təqsirli bilərək Nemət Pənahlının 6 il, Ceyhun Fərzəliyevin isə 4 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb, Bakı Apelyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG