Neft ixrac edən ölkələr təşkilatının ərəb üzvləri sabah neft təchizatı və qiymətini nəzərdən keçirmək üçün Qahirədə toplaşır. Müzakirələr Nyu-York səhim birjasında 1 barel xam neftin qiymətinin 91 dolları keçməsindən sonraya təsadüf edib. Bu qiymət iki il müddətində ən yüksək qiymətdir. Neftin qiyməti bu il kəskin sürətlə qalxıb. Neft alan ölkələrdə enerji dəyərinin qalxması iqtisadi dirçəlişə maneə törədə bilər və ya inflyasiyanı artıra bilər. Qiymətin qalxmasında bir neçə səbəb mövcuddur. Bunlara Avropada soyuq hava şəraiti və dolların dəyərinin düşməsi də daxildir. Neft dollarla alınıb satılır. Beləliklə, dolların zəifləməsi xam neftin qiymətinin qalxmasına gətirib çıxarıb. Son iqtisadi hesabatlarda deyilir ki, ABŞ iqtisadiyyatının tədricən böhrandan çıxması da neftin qiymətinin artmasına səbəb olub. Güclü iqtisadi fəaliyyət enerjiyə təlabatı artıra bilər.
Neft alan ölkələrdə enerji dəyərinin qalxması iqtisadi dirçəlişə maneə törədə bilər və ya inflyasiyanı artıra bilər