Yanvarın 13-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəzadan qırx gün keçir. Bu gün NİDA Gənclər Hərəkatı və D18 Hərəkatının üzvləri, ictimaiyyətin nümayəndələri Xəzər dənizinin sahilinə gələrək neftçilərin xatirəsini anıb, dənizə qərənfillər atıb. Anım zamanı hökumət və digər rəsmi qurumlar olmayıb. Mərasim başlayanda Dənizkənarı Milli Parkda polis və mülki geyimli şəxslərin sayı çoxalıb. Amma, mərasimə müdaxilə olunmayıb.
2015-ci il dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində 32 nəfər, bir neçə gün öncə isə daha 3 neftçi itkin düşüb. İndiyədək itkin düşənlərdən 13 nəfərinin cəsədi tapılıb.