Accessibility links

Neft qiymətlərinin düşməsi ixracatçıları təzyiq altına qoyub [Video]


Neft qiymətlərinin düşməsi ixracatçıları təzyiq altına qoyub
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Neft qiymətlərinin düşməsi ixracatçıları təzyiq altına qoyub

Yanacaq qiymətlərinin son aylar kəskin şəkildə düşməsinin istehlakçıların mənafeyinə xidmət etməsinə baxmayaraq, neft istehsalçılarını iqtisadi təzyiqlərlə üzləşdirib. Onlardan bəziləri Qərblə mübahisələr yaşayır.

İyun ayından bəri neftin 115 dollar təşkil edən bir barrellik dəyəri 77 dollara enib. Bu, dəyərin üçdə bir hissəsini təşkil edir.

“Bu, ixracatçı ölkələr üçün fəlakətdir.”

Pyer Noel Beynəlxalq Araşdırma Mərkəzinin Sinqapur ofisində çalışır. “Ölkələr iki əsas şeyin kombinasiyasına görə neft dəyərlərinin kəskin düşməsi ilə üzləşib.Bu, hökumətin məsrəflərinin ixtisarı və büdcə defisitidir.”

Bu ölkələr iqtisadi sanksiyalara məruz qalanların sanksiyalardan azad edilməsinə çalışacaq. Bu, Krımı ilhaq edən və Ukrayna münaqişəsinə mdaxilə edən Rusiyaya da şamil ediləcək. Bu, Londonda yerləşən İG investisiya şirkətindən Alasteiyr Makkeyqin fikridir. “Vəziyyət onların problemlərini daha da dərinləşdirir. Onlar embarqolara gəlincə vəziyyətin düzəldilməsinə çalışır.”

Lakin Pyer Noel təsirlərin gücünə innanmır. “Düşünürəm ki, Moskvanın Ukrayna ilə bağlı strategiyası neft bazarlarında vəziyyəti dəyişməyəcək. Lakin neft qiymətlərinin düşməsi Moskvanın mövqeyini zəiflədəcək.”

Eyni vəziyyət İrana da şamil edilir. İqtisadi sanksiyaların mənfi təsiri ilə üzləşən İran liderləri çox da narahat deyil. Bunu Alasteyr Makreyq deyir. Bu təzyiqdir. Amma qısamüddətli.Əgər avrozaona və ABŞ iqtisadi tənəzzüldən çıxa bilsə, İran kimi ölkələr vəziyyətdən daha rahat çıxacaq.”

Lakin bu, zaman tələb edəcək. Həm İran, həm də Rusiya sanksiyaların ziyanı və neft qiymətlərinin düşməsini xarici siyasət məqsədləri ilə balanslaşdırmalı olacaq.

XS
SM
MD
LG