Accessibility links

Metyu Brayza: Azərbaycanın siyasi və iqtisadi stabilliyi TAP-ın baş tutmasına təminat verir


2013-cü il iyun ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rusyanın Qazprom və Sintez şirkətlərini tenderdə udaraq Yunanıstanın DESFA şirkətinin (Dövlət Qaz Ötürmə Sistemi) qaz kəmərinə nəzarət hüququ əldə edib. Bu, Azərbaycan üçün Avropa Şurası ərazisində ilk dəfə olaraq qaz nəqli və təçhizatı ticarətinə giriş deməkdir, deyə Ceymstaun təşkilatının prezidenti Qlen Hovard açılış nitqində bildirib.

Ceymstaun təşkilatının təşəbbüsü ilə sentyabrın 13-ü Karneqi Beynəlxalq Sülh Fondunun Vaşinqton mərkəzində “Azərbaycan və Avropaya cənub qas koridoru - ABŞ və Avropa enerji təhlükəsizliyinin təsirləri” başlıqlı konfrans keçirilib.

Konfransda ARDNŞ nümayəndəsi, Ceymstaun təşkilatının tədqiqatçıları, ABŞ dövlət departamentinin nümayəndəsi və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza çıxış ediblər.

Metyu Brayza bildirib ki, Azərbaycanın istər siyasi, istər iqtisadi baxımdan stabil olması cənub qas koridoru adlanan Trans-Adriatik Boru Kəməri (TAP) lahiyəsinin həyata keçirilməsində əngəl olmayacağına təminat verir.

Panel iştirakçıları Azərbaycanın təbii qaz ixracat sahəsində Gürcüstan və Türkiyə bazarlarında üstünlüyü ələ aldığını və TANAP lahiyəsi sayəsində Türkiyənin gələcəkdə əsas tranzit ölkəyə çevriləcəyini deyiblər.

Azərbaycanın həmçinin Balkanlarda da bu sahədə üstünlüyü ələ aldığı, bu ilin avqust ayında Albaniyanın ARMO neft qas emalı zavodunun 70 faizini aldığı qeyd olunub. Albaniya planlaşdırılan cənub qaz koridorunun (TAP) keçəcəyi tranzit ölkələrdən biridir.

Ehtimallara görə lahiyə həyata keçdiyi təqdirdə regionda qaz nəqli və təchizat ticarətində böyük rola sahib Rusyanın inhisarını aradan qaldıra bilər.
XS
SM
MD
LG