Accessibility links

Neft Fondu vəsaiti təxminən 39 milyard dollar təşkil edir


Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli 38 milyard 975 milyon ABŞ dollarına bərabər olub.

Report agentliyi bildirir ki, bu vəsaitin 50%-i dollarda, 33,4%-i avroda, 4,9%-i isə ingilis funtsterlinqində yerləşdirilib.

Başqa sözlə, üç əsas xarici valyutanın investisiya portfelində payı 88,9%təşkil edib. Digər valyutalara gəlincə isə, portfeldə Avstraliya dolları 0,6%, Türkiyə lirəsi 0,7%, Rusiya rublu 0,8%, Koreya vonu 0,5%, Çin yuanı 1,2%, Yaponiya yeni 1,5%, digər valyutalar 1,5%, qızıl isə 4,3% paya malikdir.

ARDNF investisiya portfelinin xarici valyutalar və qiymətli metallar üzrə bölgüsü ilə yanaşı, müxtəlif aktivlər üzrə bölgüsünü də açıqlayıb. Beləliklə, Fondun investisiya portfelində istiqrazların və pul bazarı alətlərinin payı 76,4%, səhmlərin payı 14%, daşınmaz əmlakın payı 5,3%, qızılın payı isə bir qədər əvvəl deyildiyi kimi, 4,3% təşkil edib.

Bu ilin əvvəlindən ARDNF-in aktivləri 8.88 faiz artıb.

XS
SM
MD
LG