ARDNŞ-nin Neft Kəmərlərini Mühafizə İdarəsinin əməkdaşları Bakı-Sumqayıt avtomagistralının yaxınlığında (Bakıdan 20 kilometr şimalda) Ceyranbatan qəsəbəsində 40-dan çox yarımçıq tikililəri, barıları və evləri uçurub. Sakinlərə bildiriblər ki, guya bu ərazidən Bakı-Novorossiysk Neft Kəməri keçir və kəmərin təhlükəsizlik zonasında yerləşən 200-dən çox ev söküləcək. Bu barədə bu gün RATİ-nin Media Mərkəzində keçirilən mətbuat konfransında iştirak edən sakinlər bildirib.
Halbuki, həmin ərazidən hər-hansı neft kəməri keçmir və Bakı-Novorossiysk Neft Kəməri Ceyranbatan qəsəbəsindən on kilometr aralıdan keçir. “Sakinlərin bu mətbuat konfransı xəbərdarlıq kimi başa düşülməlidir. Söküntülər davam etdirilərsə, 200 ailə etiraz aksiyalarını Prezident Administrasiyasının qarşısında davam etdirəcək və mülkiyyətini müdafiə edəcək. Burada bütün sakinlərin mülkiyyət sənədləri və ya məhkəmə qərarları var. Məhkəmələr evlərin sökülməsini qadağan edən qərarlar qəbul edib”, - deyə hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirib.
Sakinlər həmçinin qonşuluqlarında ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin, prezidentin mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun villaları, Akkord şirkətinin tikdiyi “Abşeron” Gənclər Şəhərciyinin evlərinin olduğunu deyib. “Necə olur ki, onların evləri sökülmür, ancaq kasıb insanların evləri sökülür? Buranı sökməkdə məqsəd Ceyranbatan gölü sahilindəki mənzərəli torpaqların alınaraq, yenidən villalar tikintisi üçün baha qiymətə satılmasıdır”, - deyə sakinlərdən biri qeyd edib.
Sakinlər ev və torpaq sahələri ilə bağlı mülkiyyət sənədlərini nümayiş etdirib. “Dövlət vətəndaşların hüquqlarını qorumalıdır. Köçürülmə baş verdiyi halda qanuna uyğun olaraq kompensasiya verilməlidir. ARDNŞ-nin mühafizəçilərinin qanunları pozaraq vətəndaşların mülkiyyətini məhv etməsinə son qoyulmalıdır”, - deyə Ə.Məmmədov bildirib.
Öz növbəsində, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yüksək vəzifəli rəsmiləri bildirib ki, Bakı şəhəri üzrə ARDNŞ-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində tikilmiş qanunsuz evlərlə bağlı 7 minə yaxın iş hazırlanıb məhkəməyə təqdim ediləcək.
ARDNŞ-ın Hüquq İdarəsinin rəisi Eldar Orucovun sözlərinə görə, təkcə Sulutəpə ərazisi üzrə 3100 iş məhkəməyə təqdim edilib. “Ümumilikdə isə bu cür işlərlə bağlı 15 minə yaxın iş hazırlanaraq məhkəmələrə göndərilib”.
E.Orucov həmçinin çoxsaylı qanunsuz tikililərin sökülməsi haqqında məhkəmənin qərarlarının olduğunu bildirib.